mrfix Yapı Kimyasalları - Tikinti Kimyəviləri - Construciton Chemicals - Строительные Химикаты

mr.fix Yapı Kimyasalları
2003-cü ildə qurulan və sektorun ilklərindən olan Kartaş Ltd. Şirkəti fəaliyyətə başladığı dövrdən keçən müddət ərzində mr.fix® markası ilə sement və epoksi əsaslı yapışdırıcılar, sement və epoksi əsaslı dərz dolğuları, sement əsaslı izolyasiya materialları, sement ve epoksi əsaslı təmir ve montaj materialları, beton qatqıları və istilik izolyasiya materiallarının istehsalı və satışı ilə məşğuldur. Texnoloji yeniliklər tətbiq etməklə həyata keçirilən Ar-Ge fəaliyyətləri ilə sektorun ehtiyaclarına cavab verən yeni məhsullar istehsal etməkdədir. Keyfiyyət siyasəti və müştəri məmnuniyyəti ön planda tutan şirkətimiz bütün məhsulları AZS sertifikatları və Türkiyə Standartlaşdırma İnstitutunun İSO 9001- 2008 Keyfiyyət İdarə etmə Sisteminin nəzarəti altında istehsal edir. mr.fix® Keyfiyyət Laboratoryamız  10/11/2006-cı ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya Və Patent Üzrə Dövlət Agentliyi tərəfindən akreditasiya olunub. mr.fix®, müştərilərindən qazandığı etimad ilə keyfiyyətli məhsullarını sərəncamınıza verməyə davam edəcəkdir.