>

mr.fix®-in baş direktoru Necmeddin Taşbağ Caspian European Club-a üzvlük sertifikatını qəbul etdi

İqtisadiyyat nazirinin müavini Sahil Babayev mr.fix®-in baş direktoru Necmeddin Taşbağa Caspian European Club-a üzvlük sertifikatını təqdim etmiş, şirkətə gələcək fəaliyyətində uğur diləmişdir.

Sertifikat təqdimatı Caspian European Club və Caspian American Club üzv şirkətlərin top-menecerlərinin iştirakı ilə təşkil olunan CEO Lunch-da baş tutmuşdur.