Yerdən isitməli döşəmə üzərinə su izolyasiyasi və keramika tətbiqi

Səthin hazırlanması

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səthdəki artıq dəmir və taxta parçaları çıxardılıb əgər varsa, boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE®təmir materialı ilə təmir edilməlidir. Səth UNİVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir. Yerdən isitmə sisteminin istilik və sızdırmamazlıq testlərinin müsbət nəticəsindən əmin olunmalıdır. İstilik sistemi üçün istifadə olunan şapda çatlama və buna bənzər problemlərin yaranmadığından əmin olduqdan sonra su izolyasiyası və keramika tədbiqinə başlanılmalıdır.


Su izolyasiya tətbiqi

Hamam otaqları kimi sulu məkanlarda iki komponentli elastik IZOMAX® C40 və ya tam elastik IZOMAX® C75 FLEX su izolyasiya məhsulu tətbiq edilməlidir. Döşəmə, divar və künclərdə olan birləşmə xətlərindəki zəiflik IZOMAX® PAH BANDLARI ilə möhkəmləndirilməlidir. İlk qatı fırça və ya rulo ilə tətbiq edilmiş su izolyasiya məhsulunun üzərinə pah bandının tam ortası, səthlərin birləşmə xətti ilə üst-üstə düşəcək şəkildə yerləşdirilməlidir. Hər qat biri-birinə əks istiqamətdə tətbiq edilir. Mühitin temperaturundan asılı olaraq 5-6 saat gözlənildikdən sonra növbəti qat tətbiq edilməlidir. Tətbiqdən sonra ən az 7 gün tam quruması gözlənilməli və 24 saat boyu sızma testləri aparılmalıdır.

Keramika yapışdırma və dərz dolğusu tətbiqi

Yerdən isitməli sistemlərdə temperatur dəyişimi səbəbindən yarana biləcək dartılma və büzülmələrə davamlı EN12004-1 standartına görə minimum C2 və S1 sinfinin tələblərini qarşılayan CERAMAX® FLEXyapışdırıcı istifadə edilməlidir. Hamam otaqları kimi sulu məkanlarda uzun ömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.