Dekorativ hovuzlar üçün su izolyasiyası və keramika tətbiqi
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səthdəki artıq dəmir və taxta parçaları çıxarılıb əgər varsa, boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir. Səth UNIVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir. Donmuş, əriyən və ya 24 saat ərzində donma təhlükəsi olan sahələrdə tətbiq olunmamalıdır.
Su izolyasiya tətbiqi
Dekorativ hovuz və ya bağ gölməçəsi kimi məkanlarda məkanlarda iki komponentli elastik IZOMAX® C40 və ya tam elastik IZOMAX® C75 FLEX su izolyasiya məhsulu tətbiq edilməlidir. Döşəmə, divar və künclərdə olan birləşmə xətlərindəki zəiflik IZOMAX® PAH BANDLARI ilə möhkəmləndirilməlidir. İlk qatı fırça və ya rulo ilə tətbiq edilmiş su izolyasiya məhsulunun üzərinə, pah bandının tam ortası, səthlərin birləşmə xətti ilə üst-üstə düşəcək şəkildə yerləşdirilməlidir. Hər qat biri-birinə əks istiqamətdə tətbiq edilir. Mühitin temperaturundan asılı olaraq 5-6 saat gözlənildikdən sonra növbəti qat tətbiq edilməlidir. Tətbiqdən sonra ən az 7 gün tam quruması gözlənilməli və 24 saat boyu sızma testləri aparılmalıdır.
Keramika yapışdırıcısı və dərz dolğusu tətbiqi
Dekorativ hovuzlarda, bağ gölməçələrində keramika və ya mozaika tətbiqi üçün EN12004-1 standartına görə minimum C2 və S1 sinfinin tələblərini qarşılayan CERAMAX® FLEX və ya CERAMAX® FLEX WHITE yapışdırıcısı istifadə edilməlidir. Uzun ömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.