Mövcud keramika üzərinə keramika tətbiqi
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, boya, pas və parafin qalıqlarından təmizlənməlidir. Daha sonra, mövcud keramikaların möhkəmliyi yoxlanılmalıdır. Qırıq və ya möhkəmliyini itirmiş plitələr çıxarılmalı, səthdəki çatlar və boşluqlar əvvəlcədən uyğun olan TAMCRETE® təmir materialları ilə təmir edilməlidir. Mövcud keramika səthlərinə yapışmanı artırmaq məqsədi ilə KONTAKT ASTAR materialından istifadə olunmalıdır.
Keramika yapışdırma və dərz dolğu tətbiqi
Mövcud keramikanın üzərinə keramika tətbiqindəEN12004-1 standartına görə yüksək performanslı, əlavə xüsusiyyətləri artırılmış C2 sinfi CERAMAX® məhsullarından uyğun olanı istifadə olunmalıdır. Hamam otaqları kimi sulu məkanlarda uzun ömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.