Mantolama sistemləri – daş yunu sistem

Səthin hazırlanması

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səth UNIVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir. Səthdəki artıq dəmir və taxta parçaları çıxardılıb əgər varsa, boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir.

Tətbiqi

Daşyunu termoizolyasiya lövhələri THERMOMAX® yapışdırıcısı ilə tətbiq edilir. Yapışdırıcı lövhənin səthinə daraqlı mala ilə kənarları boyu çəkilib orta hissəsinə isə 6 yerə nöqtəsəl qoyulur və ya daraqlı mala ilə tam çəkilərək yapışdırılır. Yapışdırıldıqdan ən azı 24 saat sonra THERMOMAX® DBL 80 dubeli tətbiq edilməlidir. Qapı və pəncərə künclərində gələcəkdə baş verə biləcək çat və qırıqların qarşısını almaq üçün bütöv lövhələrdən istifadə olunmalıdır. Pəncərə, qapı və bina küncləri THERMOMAX® FKP filəli künc profili ilə suvanır. Birinci qat suvaq yapışdırma tətbiqindən ən azı 24 saat sonra tətbiq edilməlidir. Homogen suvaq qalınlığı (ortalama) 2 mm olmalıdır. THERMOMAX® ST suvaq gücləndirmə toru suvaq qurumadan üzərinə tutulacaq şəkildə ehtiyatla yapışdırılır. Suvaq gücləndirmə toru eninə və uzununa biri digərinin üzərinə 10 sm örtəcək şəkildə birləşdirilməlidir. İkinci suvaq tədbiqindən sonra düzgün hamar səth əldə edilir. İkinci qat suvağın homogen qalınlığı (ortalama) 1 mm olmalıdır.

                                                                                                                                                
Dekorativ suvaq tətbiqi

Əvvəlcədən astar çəkilmiş səthə THERMOMAX® CLASSIC və ya THERMOMAX® UNIVERSAL dekorativ suvağı sərt mala ilə yayılır. Hava şəraitinə görə təxminən 10-20 dəqiqə içərisində plastik və ya poliuretan mala ilə dairəvi hərəkətlərlə səthə naxış vurulur. Naxış  vurularkən mala tez-tez təmizlənməlidir. İstifadə zamanı qalınlıq materialın içindəki ən iri dənəciyin ölçüsü nəzərə alınmaqla tənzimlənməlidir.