Təbii daşlar ilə üzləmə tətbiqi
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səth UNIVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir. Səthdəki artıq dəmir və taxta parçaları çıxardılıb əgər varsa, boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir.
Keramika yapışdırma, dərz dolğusu tətbiqi və qoruma
Xarici məkanlarda təbii daşlarla üzlənmə zamanı daşın ölçüsü, ağırlığı, əmiciliyi kimi göstəriciləri nəzərə almaqla yapışdırıcı seçilməlidir. Açıq rəngli təbii daşların tətbiqi zamanı daşın əmiciliyi səbəbindən yapışdırıcının daşın rəngini dəyişdirməməsi üçün EN12004-1 standartına görə əlavə xüsusiyyətləri artırılmış C2 sinfi CERAMAX® FLEX WHITE yapışdırıcısından istifadə olunmalıdır. Tünd rəngli təbii daşlarda isə CERAMAX® ULTRA və ya CERAMAX® FLEX istifadə edilə bilər. Uzunömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX və ya FUGAMAX® COTTO dərz dolğusu istifadə edilməlidir. Təbii daşların, xüsusilə, xarici məkanlarda su əmiciliyinin qarşısını almaq üçün IZOMAX® S420 və ya IZOMAX® S440 emprenye izolyasiya materiallarından istifadə edilməlidir.