Təməl pərdə divarlarda daxildən su izolyasiya tətbiqi

Səthin hazırlanması

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth, yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli və səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səthdəki zəif sement şərbət təbəqəsi aşındırılmalı, çox hamar səthlər isə yüngül şəkildə nahamarlandırılmalıdır. 5 mm - 20 mm dərinliyində olan boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir Tətbiq olunacaq səth tətbiqdən əvvəl su ilə isladılmalı, amma su gölü yaradılmamalıdır. Hər bir qat tətbiqi arasında maksimum 5 saat gözlənilməlidir. Hər qat bir birinə əks istiqamətdə tətbiq olunur.

 

Su izolyasiyası

IZOMAX® C25 Kapiler beton səthə fırça və ya rulo ilə tətbiq edilir. IZOMAX® C25 KAPILER səthə tətbiq edildikdə betonun daxilinə nüfuz edir. Daha sonra daxilindəki aktiv kimyəvi maddələr betonun kapilyar boşluqlarında nəm ilə reaksiyaya girir. Bu da həll olmayan kristallar əmələ gətirir. Həmin kristallar betondakı boşluqları və mikro çatları dolduraraq suyun hərəkətinin qarşısını alaraq betonu və təchizatı suyun korroziyaedici təsirlərindən qoruyur. Su izolasiya tətbiqindən sonra səthi düzəltmək və ya sonrakı tətbiqə hazır hala gətirmək üçün incə suvaqla bütün səth suvanmalıdır.