>

10 aprel İnşaatçılar Günü münasibətilə Azərbaycanda ilk dəfə “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” keçirilib

10 aprel İnşaatçılar Günü münasibətilə Azərbaycanda ilk dəfə “Tikinti və Ekoloji Sağlam İnşaat Materialları Forumu” keçirilib. Forum ekoloji sağlam mr.fix® inşaat materiallarının baş sponsorluğu və PROAKTİV PR Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbir iştirakçılarını salamlayan mr.fix® markasının direktoru Necmeddin Taşbağ tikinti prosesində ekoloji sağlam məhsulların önəmindən danışaraq, istehsal olunan məhsulların yerli və beynəlxalq standartların tələblərinə cavab verməsinin vacibliyini vurğuladı. Forumda mr.fix®x markasının ekoloji sağlam, çevrə dostu məhsulları təqdim olundu. Təqdim olunan THERMOMAX® termo izolyasiya sistemi forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

 

Forumun məqsədi tikintidə, xüsusən sağlam həyat tərzində ekoloji sağlam inşaat materiallarının önəmini vurğulamaq, cəmiyyəti bu sahədə zəruri praktiki biliklərlə məlumatlandırmaq, keyfiyyətli inşaat materialları istehsalçıları ilə bu sahədə təhsil alan tələbələr və potensial istehlakçı auditoriyası arasında körpü rolu oynayacaq yeni platformanın yaradılmasıdır.

 

Forumda İnnovativ texnologiyalarla inşaat materialları istehsalçısı olan mr.fix® 10 Aprel İnşaatçllar Günü münasibətilə Forumun təşkil olunmasında dəstək göstərdiyi üçün təltif olunmuşdur.