"İTV"-də "YAŞAT" Xeyriyyə Marafonunda özəl məktəblərdə təhsil alan 5 şəhid övladının illik 30 000 AZN təhsil xərclərini 5-7 il ərzində qarşılamağı öhdəmizə götürdük
24 oktyabr tarixində "İctimai TV"-də keçirilən "YAŞAT" Xeyriyyə Marafonunda direktorumuz Nəcməddin Taşbağ şirkətimizin bu müqəddəs missiyaya dəstəyini ifadə etmişdir. O, çıxışında qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsində şəhidlərimiz canlarını fəda edərək Vətən qarşısında borclarını ödəyiblər. Bizim məsuliyyətimiz isə onların ailə üzvlərinə və övladlarına dəstək göstərmək, onların ehtiyaclarını qarşılamaqdır. Bu məqsədlə, "YAŞAT" Fondu yarandığı gündən fonda maddi dəstək vermişik və hazırda şirkətimizdə bir çox şəhid ailəsi üzvü və qazilər çalışır. Bu gün, həmçinin, özəl məktəblərdə təhsil alan beş şəhid övladının illik 30 000 AZN təhsil xərclərini 5-7 il ərzində qarşılamağı öhdəmizə götürdüyümüzü bildirərək, şəhid ailələrinin hər zaman diqqət mərkəzimizdə olduğunu vurğulamışdır.