>

mr.fix® brendinin istehsalçısı “KARTAŞ LTD” MMC “YAŞAT” Fonduna 100 min manat ianə etdi

Rəşadətli Azərbaycan Ordusu Ali Baş komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində zəfər qazanaraq, torpaqlarımızın işğaldan azad olunmasında böyük qəhramanlıq göstərdilər. 

Ordumuzun igid övladları ölkəmizin işğal altında olan ərazilərinin azad olunmasında gedən amansız mübarizədə qəhramanlıq göstərərək şəhid olub, yaralanmışlar. 08 Dekabr 2020-ci il tarixində cənab Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında Fərman imzalayıb. Vətənimizin azadlığı uğrunda şəhid olanların ailələrinin və qazilərimizin maddi-sosial vəziyyətinin daim diqqətdə saxlamaq bizim də borcumuzdur. Kartaş LTD MMC ailəsi olaraq Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyərək, YAŞAT Fonduna 100 min manat vəsait ayırdıq. Fond sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Vətənimizin azadlığı uğrunda şəhid olanların ailələrinə Allahdan rəhmət diləyirik, Qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik!