mr.fix® ISO 9001-2015 standartına uğurla keçmişdir
mr.fix® tikinti kimyəviləri markası ISO 9001-2008 Keyfiyyət İdarəetmə Sistemi standartının təkmilləşdirilmiş versiyası olan ISO 9001-2015 standartını Türk Standartları İnstitutunun (TSE) yoxlaması nəticəsində uğurla yeniləmişdir.
15 ildir inşaat sektorunda liderliyini qoruyub saxlayan mr.fix® markası daima keyfiyyətdəki davamlılıq və stabillik, sağlam və ekoloji məhsul istehsalına zəmanət vermişdir. Yüksək keyfiyyətli hazır məhsul əldə etmək üçün, xammallar dünyanın ən qabaqcıl təchizatçılarından alınır və keyfiyyət təhlillərindən keçirildikdən sonra istehsala buraxılır.
mr.fix® markası 15 ildir ki, “Doğru seçim, doğru nəticə” devizi altında kafel və keramika yapışdırıcıları, dərz dolğuları, hazır suvaq, su, istilik izolyasiya materialları və.s. bu kimi 200-dən çox çeşiddə tikinti kimyəviləri ilə müştərilərin xidmətindədir. Texnoloji yenilikləri daima izləyən, tədqiqat və inkişaf fəaliyyətlərini fasiləsiz olaraq davam etdirən şirkət, yüksək keyfiyyətli tikinti materiallarını istehsal edir.