>
mr.fix® şirkəti Silahlı Qüvvələr Yardım Fonduna 100 min manat vəsait ayırıb
Azərbaycanın cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ordumuza dəstək olanların sayı durmadan artır.
Cəbhə bölgəsində düşmən tərəfindən zəbt olunan torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq üçün şirkətimiz də öz üzərinə düşən məsuliyyəti yerinə yetirir.
Bu məqsədlə şirkətimiz Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 min manat vəsait ayırıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım vəsaiti köçürüb.