>

Şəki Usta Seminarı

10 oktyabr 2026-cı il tarixində Şəkidə fəaliyyət göstərən dəyərli ustalarla növbəti görüşümüzü keçirdik.
Tədbir çərçivəsində CERAMAX® kafel və keramika yapışdırıcılarının xüsusiyyətləri, düzgün tətbiq qaydaları və keyfiyyətli nəticə əldə etməyin vacib məqamları haqqında ətraflı məlumat paylaşdıq. Məhsullarımızın tətbiqi üzrə praktiki testlər həyata keçirərək onların imkanlarını əyani şəkildə nümayiş etdirdik.
İnformativ təqdimat, praktiki sınaqlar, hədiyyələr və səmimi ünsiyyətlə davam edən görüşümüzü birlikdə keçirilən şam yeməyi ilə yekunlaşdırdıq.
İştirak edən bütün ustalarımıza təşəkkür edir, birlikdə daha möhkəm işlərə imza atmağı arzulayırıq!