>

Zəfər parkı və Memorial abidənin tikintisi tamamlandı

Doğma Bakımızda, Xəzərin sahilində vətənimizin 44 günlük şanlı qələbəsinin simvolu olan Zəfər parkının və Memorial abidənin tikintisi tamamlanmışdır. 9 hektardan böyük olan parkda sahəsi 9 200 m2 olan zəfər muzeyi yerləşir. Parkın girişində 44 m hündürlüyündə 44 tağ elementindən istifadə edilib. Tağlar qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. Muzeyin yan divarında şəhid hərbiçilərimiz adları həkk olunacaq. 8 noyabr 2024 tarixində cənab prezident İlham Əliyev tərəfindən zəfərimizə həsr olunmuş abidənin açılışı baş tutmuşdur. Xalqımız üçün böyük qələbəni və tarixi ədalətin bərpasını tərənnüm edəcək bu unikal kompleksin tikintisində Mr.Fix olaraq:

CERAMAX® kafel və keramika yapışdırıcılarımız

FUGAMAX® dərz dolğularımız

ÇİMSA ağ sementimiz

KRATOS Micro Fiberimizdən istifadə edildiyi üçün böyük qürur hissi duyuruq.