CERAMAX® Maxi

CERAMAX® Maxi mineral doldurucular, sement və xüsusi modifikasiyaedici kimyəvi qatqılar əsasında hazırlanmış, yüksək performanslı, elastik, sürüşməsi azaldılmış, uzadılmış açıq gözləmə müddətinə malik, mərmər, qranit və keramika yapışdırıcısıdır.
EN 12004-1 standartına görə C2TES2 sinfinə uyğundur.
C2: İnkişaf etdirilmiş sement əsaslı yapışdırıcı
T: Sürüşməsi azaldılmış
E: Uzadılmış açıq gözləmə müddəti
S2: Yüksək elastikliyə malik yapışdırıcı

İstifadə Sahələri
•    Daxili və xarici məkanlarda, üfüqi və şaquli səthlərdə
•    Böyük və çox böyük ölçülü keramika, qranit, mərmər, təbii daş və mozaika tətbiqlərində
•    Dekorativ kərpic tətbiqlərində
•    Temperatur fərqlərinə məruz qalan sement əsaslı səthlərdə
•    Keramika üzərinə keramika tətbiqlərində
•    Üzgüçülük və termal hovuzlarda, hamam, sauna və su anbarlarında
•    Soyuq hava anbarlarında (döşəmə və divarlarda)
•    Yerdən isitmə sistemlərində
•    Teras və balkonlarda
•    İntensiv piyada və yük hərəkətinə məruz qalan sahələrdə
•    Alçıpan səthlərində, uyğun astarla hazırlanmış halda

Üstünlükləri
•    Yüksək yapışma performansı
•    Tiksotropik quruluşu sayəsində şaquli səthlərdə sürüşmə yaratmır
•    Uzadılmış açıq gözləmə müddəti ilə rahat tətbiq imkanı
•    Yüksək stabillik və möhkəmlik
•    Elastik quruluşu sayəsində deformasiyalara qarşı dayanıqlıdır
•    Temperatur dəyişikliklərindən yaranan genləşmə və büzülmələrə qarşı davamlıdır
•    Vibrasiyalara qarşı dayanıqlıdır
•    Donma-ərimə dövrlərinə davamlıdır
 

Ümumi Məlumatlar

Material tərkibi

Mineral doldurucu, sement, xüsusi kimyəvi qatqılar

Görünüş

Boz rəngli toz

Sıxlıq

~1,80 kq/l

Performans Göstəriciləri (EN 12004-2)

Başlanğıc yapışma müqaviməti

≥ 1,0 N/mm²

Suya daldırmadan sonra

≥ 1,0 N/mm²

İstilik yaşlandırmasından sonra

≥ 1,0 N/mm²

Donma-ərimə dövrlərindən sonra

≥ 1,0 N/mm²

Açıq gözləmə müddəti (30 dəq)

≥ 0,5 N/mm²

Sürüşmə

≤ 0,5 mm

Elastiklik (EN 12004-2)

≥ 5 mm – S2 elastik

Tətbiq Məlumatları

Tətbiq temperaturu

+5°C / +35°C

İstismar temperaturu

−20°C / +80°C

Qarışım nisbəti

6,5 – 7 litr su / 25 kq

Qarışığın istifadə müddəti

~3 saat

Açıq gözləmə müddəti

≥ 30 dəq

Düzəliş müddəti

~10–15 dəq

Derz dolğu müddəti

24 saat

İstismara açılma

Divarda 24, zəmində 48 saat

Sərfiyyat

~5–6 kq/m²

Təhlükəsizlik Məlumatları

Yanğına reaksiya sinfi (EN 13501-1)

A1

Təhlükəli maddələr

SDS-ə baxın

 

Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və 50% nisbi rütubət şəraitində əldə edilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur uzadır.

CERAMAX® MAXI TDS AZ

CERAMAX® MAXI TDS TR

CERAMAX® MAXI TDS EN

CERAMAX® MAXI TDS RU