BETONMIX® RPD
BETONMIX® RPD - nitrat duzu əsaslı və modifikasiya olunmuş sulfonat əsaslı, betonda su ilə sement arasında reaksiyanı sürətləndirən, bərkiməni tezləşdirərək erkən müqavimət qazandıran beton qatqısıdır.
EN 934-2 standardı, cədvəl 7- ə uyğundur.
AZS 221-2006
Məhsul kodu: 207.60023
İstifadə sahələri
- Pompalı və pompasız hazır beton istehsalında
- Prefabrik və prekast betonlarda
- Yüngül tikinti komponentləri (bims, blok, tamet) və zəmin döşəmə daşları istehsalında
- Soyuq hava şəraitlərində, donma təsirinin gün boyu davam etdiyi hallarda, betonun donma təsirindən qorunması tələb olunan hallarda
- Erkən müqavimət və qəlibdən çıxarmaq tələb olunan hallarda
- Armaturlu və armatursuz, yüngül və normal ağırlıqlı hər cür beton istehsalında istifadə oluna bilər
Üstünlükləri
- Fərqli sement növlərinə uyğundur
- Betonun erkən müqavimətini artırır
- Xüsusilə soyuq havalarda, betona erkən müqavimət qazandıraraq donma riskindən qoruyar
- Uçucu kül tərkibli sementlərdə və ya əlavə olaraq uçucu kül istifadə edilməsi lazım olan beton siniflərində, uçucu külün mineral tərkibindən asılı olan sərtləşmə müddətinin uzanması hallarını aradan qaldırar
- Betonmix® RPD -nin tərkibində xlor yoxdur, dəmir təchizatına zərər verməz
| Materialın tərkibi | Nitrat duzları və modifikasiyalı sülfonatlar |
| Rəngi | Qəhvəyi |
| Sıxlığı (ISO 758) | 1,25 - 1,35 kq/litr |
| Xlor tərkibi % (EN 480-10) | < 0,1 |
| Alkali tərkibi % (EN 480-12) | < 10,0 |
Yuxarıdakı göstəricilər +20°C də və 50% nisbi rütubət üçün verilmişdir.