IZOMAX®STB-SW
IZOMAX® STB-SW – modifikasiya edilmiş hidrofilik termoplastik əsaslı şişən su saxlayıcı bantdır. Su ilə təmasda olduqda nəzarətli şəkildə şişərək derz boşluğunu doldurur və suyun keçməsinin qarşısını alır.
İstifadə sahələri
• Dəmir-beton konstruksiyaların soyuq derzlərində. Hərəkətli derzlərdə (dilatasiya derzlərində) istifadə edilmir.
• Bünövrə – arakəsmə divar birləşmələrində
• Boru və kommunikasiya keçidlərində
• Su anbarları, rezervuarlar və üzgüçülük hovuzlarında
• Zirzəmi mərtəbələri, yeraltı avtodayanacaqlar və lift şaxtalarında
• Dayaq divarları və buruq svay başlıqlarında
• Su təmizləyici qurğular, kanallar və su tikililərində
• Prekast element birləşmələrində
Üstünlükləri
• Yüksək şişmə qabiliyyəti; deionlaşdırılmış suda 7 gündə kütlə üzrə ≥ %600
• Qələvi və turş mühitlərdə şişmə göstəricisini saxlayır
• Ölçü baxımından sabitdir; şişmə–geri dönmə dövrü təkrarlana bilir
• Qaynaq, qızdırma və ya xüsusi avadanlıq tələb etmədən tətbiq olunur
• Beton, polad və PVC boru keçidlərinə yapışdırıla bilir
|
Ümumi məlumatlar |
|
|
Material tərkibi |
Modifikasiya edilmiş hidrofilik termoplastik |
|
Görünüş |
Mavi rəngli düzbucaqlı kəsikli bant |
|
Sıxlıq |
~ 1,28 g/cm³ |
|
Performans məlumatları |
|
|
Şişmə qabiliyyəti (kütlə üzrə) – deionlaşdırılmış su, 7 gün |
≥ %600 |
|
Şişmə qabiliyyəti (kütlə üzrə) – qələvi mühit, 8 gün |
≥ %350 |
|
Şişmə qabiliyyəti (kütlə üzrə) – turş mühit, 11 gün |
≥ %300 |
|
Su təzyiqinə davamlılıq |
5 bar (sınaqdan keçirilmiş üst dəyər) |
|
Sərtlik |
35 Shore A |
|
Qopma müqaviməti |
1,5 N/mm² |
|
Qopmada uzanma |
%500 |
|
Kimyəvi davamlılıq |
Bir çox kimyəvi maddəyə davamlıdır |
|
Tətbiq məlumatları |
|
|
Minimum beton örtük qalınlığı |
100 mm |
|
Birləşmə yerlərində üst-üstə düşmə payı |
Min. 80 mm |
|
Bərkidilmə |
Yapışdırıcı mastika və ya şişən dolğu mastikası |
|
Tətbiq oluna bilən səthlər |
Beton, polad, PVC boru |
|
Təhlükəsizlik məlumatları |
|
|
Toksiklik |
Yoxdur |
|
Təhlükəli maddələr |
TMF-ə baxın |
Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və %50 nisbi rütubət şəraitində əldə edilmişdir. Şişmə dəyərləri suyun keyfiyyətindən asılı olaraq dəyişir; duzlu və mineral yüklü sularda şişmə nisbəti azalır.