THERMOMAX® PLAST 65
THERMOMAX® PLAST 65, sement əsaslı, polimer qatqılı, mikro lif əlavəli suvaqdır. Fasad istilik izolyasiya kompozit sistemlərində (ETICS) genişləndirilmiş polistirol (EPS), ekstruziya polistirol (XPS) və daş yunu lövhələrin üzərinə, suvaq setkası içərisinə yerləşdirilməklə tətbiq olunur. Sistemə zərbə davamlılığı qazandırır, səthdəki gərginlikləri paylayır və dekorativ son qat üçün daşıyıcı təbəqə yaradır.
Fasad istilik izolyasiya kompozit sistemlərinin (ETICS) tərkib hissəsidir. Sistem performansı EAD 040083-00-0404 (ETAG 004) çərçivəsində qiymətləndirilir. Məhsul performansı EN 13494, EN 13497, EN 1062-3 və EN 1015-19 sınaq metodlarına əsasən müəyyən edilmişdir.
İstifadə Sahələri
• Fasad istilik izolyasiya kompozit sistemlərində (ETICS / mantolama) suvaq kimi
• Suvaq setkasının yerləşdirilməsində
• Dekorativ son qat tətbiqindən əvvəl daşıyıcı təbəqə kimi
• Daxildən divar istilik izolyasiyası sistemlərində
Üstünlükləri
• EPS, XPS və daş yunu lövhələrə yüksək yapışma müqaviməti təmin edir
• Tərkibindəki mikro lif, temperatur dəyişməsi və titrəyişdən yaranan çatlama riskini azaldır
• Polimer qatqısı sayəsində elastikdir; səthdəki gərginlikləri paylayır
• Yüksək su buxarı keçiriciliyinə malikdir; divarın nəfəs almasına mane olmur
• Su itələyici xüsusiyyətə malikdir; yağış suyunun sistemə daxil olmasını məhdudlaşdırır
• Daxili və xarici mühitlərdə istifadə edilə bilər
• Asan hazırlanır və tətbiq olunur; sürüşmür
• Donma-əriməyə davamlıdır
|
Ümumi Məlumatlar |
|
|
Materialın tərkibi |
Sement, mineral doldurucular, mikro lif və polimer qatqılar |
|
Görünüşü |
Boz toz |
|
Ən böyük aqreqat dənə ölçüsü |
Maks. 0,8 mm |
|
Qarışığın sıxlığı |
~ 1,75 kq/dm³ |
|
Performans Məlumatları |
|
|
Lövhəyə yapışma müqaviməti – EPS (EN 13494) |
≥ 0,08 N/mm² (qopma izolyasiya lövhəsinin içində) |
|
Lövhəyə yapışma müqaviməti – daş yunu (EN 13494) |
≥ 0,015 N/mm² (qopma izolyasiya lövhəsinin içində) |
|
Zərbə davamlılığı (EN 13497) |
≥ 3 coul (sistem dəyəridir) |
|
Kapilyar su əmmə qabiliyyəti (EN 1062-3) |
≤ 0,5 kq/m²·h⁰·⁵ |
|
Su buxarı diffuziya müqavimət əmsalı (EN 1015-19) |
μ ≤ 25 |
|
Tətbiq Məlumatları |
|
|
Qarışıq nisbəti |
5,50 – 6,00 litr su / 25 kq toz (~ 0,22 – 0,24 litr su / 1 kq toz) |
|
Qabda istifadə müddəti |
~ 2 saat |
|
Açıq gözləmə müddəti |
≥ 15 dəqiqə |
|
Tətbiq qalınlığı |
4 – 5 mm (setka daxil) |
|
Suvaq setkası |
160 q/m², qələviyə davamlı |
|
Son qat tətbiqinə keçid müddəti |
Ən azı 7 gün |
|
Tətbiq və səth temperaturu |
+5°C / +30°C |
|
İstismar temperaturu |
−20°C / +80°C |
|
Sərfiyyat |
5,5 – 6,5 kq/m² (4 – 5 mm qalınlıqda) |
|
Təhlükəsizlik Məlumatları |
|
|
Yanğına reaksiya sinfi (EN 13501-1) |
A2-s1,d0 |
|
Təhlükəli maddələr |
TMF-ə baxın |
Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və %50 nisbi nəmlik şəraitində əldə edilmişdir. Yüksək temperatur müddətləri qısaldır, aşağı temperatur uzadır.