FLOMAX® SH 550 K
FLOMAX® SH 550 K - sement əsaslı, yüksək müqavimətə malik, ağır mexaniki yüklərə davamlı, yeni tökülmüş döşəmə beton səthlərinə toz halında səpilərək tətbiq olunan, korund agregatlı sərtləşdirici materialdır.
Məhsul kodu: 204.50013
İstifadə sahələri
- Sənaye və ticarət binalarının yeni döşəmə betonlarında
- Yer altı və yer üstü qarajlar və avtodayanacaqlarda
- Mexaniki atelyelərdə
- Avto təmir və servis mərkəzlərində
- İstehsal sahələri və anbarlarda
- Yükləmə və boşaltma platformalarında
- Kauçuk təkərli maşın hərəkətlərinin olduğu yerlərdə
- Təyyarə və helikopter anqarlarında
- Sənayə müəssisələrinin açıq beton sahə və yolarında
Üstünlükləri
- Yeni tökülmüş döşəmə betonunun üzərinə asanlıqla tətbiq edilir
- İçindəki polimer sayəsində tətbiq edildiyi betonun suyundan istifadə edərək sərtləşir, beton ilə bütünləşərək yüksək mexaniki davamlılığı təmin edir
- Mineral yağlara davamlıdır, rahat təmizlənmə və xidmət imkanı təmin edir
- Fərqli rəng seçimləri mövcuddur
- Normal beton səthlərə görə 2 qat daha çox aşınma müqavimətinə malikdir
- Hava şərtlərinə, donma, həll olma və duzlardan pulcuqlanmaya qarşı çox davamlıdır. Bu səbəblə səkilər, yollar və avtodayanacaqlar üçün idealdır
- Xüsusi aqreqa qranulometrası sayəsində, tək boy çox incə aqreqa tərkibli səthlərdə görülən çatlamalar olmaz
| Materialın tərkibi | Polimer, xüsusisement, korund və mineral doğular |
| Rəngi | Boz, qırmızı, yaşıl |
| Təzyiqə müqaviməti 28 gün | 70 N/mm2 |
| Əyilmə müqaviməti 28 gün | 10 N/mm2 |
| Aşınmaya davamlılığı BOHME | A6 (maks. 6c m3/50 cm2) |
| Zərbə davamlılığı EN 1504-2 | Class 1 |
| Materialın sıxlığı | 1.97 kg/lt |
Yuxarıdakı göstəricilər +23°C-də və 50% nisbi rütubət üçün verilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur müddəti uzadır.