H.Əliyev adına Müasir Təhsil Kompleksi

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi — özündə bağça-məktəb fəaliyyətini birləşdirən Azərbaycanın ilk özəl təhsil müəssisələrindən biridir. Bu kompleks 2001-ci il sentyabr ayının 1-də Ümummilli lider Heydər Əliyevin özünün iştirakı ilə açılmışdır.