BETONMIX® AIR 80

BETONMIX® AIR 80 - betonun içərisinə istənilən miqdardə hava cəlb edərək, qalıcı və homogen hava qabarcıqları yaranmasını təmin edən beton qatqısıdır.

EN 934-2 standardı cədvəl 5-ə uyğundur.

AZS 221-2006

Məhsul kodu: 207.60019

İstifadə sahələri

  • Donma və ərimə döngüsünə məruz qalan betonlarda
  • Beton yollar və sahə betonlarında
  • Havalimanı uçuş enmə zolaqlarında
  • Barajlar və su anbarlarında
  • Yüngül beton istehsalında
  • Böyük həcmli betonlarda su keçirimsizlik məqsədi ilə isitifadə olunur

Üstünlükləri

  • Betona donma və ərimə döngüsünə qarşı davamiyyət qazandırır
  • Qatqısız betona görə su-sement nisbətininn aşağı olması səbəbi ilə su keçirmə xüsusiyyətini aşağı salır
  • Təzə betonda seqreqasiya və su ayrışması riskini azaldır
  • Sahə və beton yollarda buz həlledici duzlara qarşı dözümlülüyü artırır
  • Betonun işlədilmə müddətinin və plastikliyinin yüksəldilməsinə kömək edir
  • Tərkibində xlor yoxdur, dəmir təchizatına zərər verməz
Materialın tərkibi Xüsusi səthi aktiv maddələr
Rəngi Tünd sarı
Sıxlığı (ISO 758) 1,99 - 1,03 kq/litr
Xlor tərkibi % (EN 480-10) < 0,1
Alkali tərkibi % (EN 480-12) < 10,0

Yuxarıdakı göstəricilər +20°C də və 50% nisbi rütubət üçün verilmişdir.

BETONMIX® AIR 80 MSDS AZ

BETONMIX® AIR 80 TDS AZ