Gipskarton və gips əsaslı səthlərdə su izolyasiya və keramika tətbiqi
Səthin hazırlanması
Gipskarton və gips əsaslı səthlər əmiciliyi çox olan və deformasiya ola bilən səthlərdir. Bu səbəblə, izolyasiya və keramika tətbiqindən əvvəl gipskarton səthlər etibarlı şəkildə bərkidilməli, gips əsaslı səthlərin isə su əmiciliyi azaldılmalıdır. Gipskarton lövhələrin arasındakı dərzlər hərəkətlərdən dolayı çatlamaması üçün tətbiqdən əvvəl PURASEAL 150 poliuretan mastik ilə doldurulmalıdır. Səthin su əmiciliyini azaltmaq məqsədi ilə tətbiqdən ən az 24 saat əvvəl KONTAKT ASTAR ilə astarlanmalıdır.
Su izolyasiya tətbiqi
Daha əvvəl səthə tətbiq olunmuş KONTAKT ASTAR üzərinə iki komponentli IZOMAX® su izolyasiya məhsullarından uyğun olanı tədbiq edilə bilər. Döşəmə, divar və künclərdə olan birləşmə xətlərindəki zəiflik IZOMAX® PAH BANDLARI ilə möhkəmləndirilməlidir. İlk qatı fırça və ya rulo ilə tətbiq edilmiş su izolyasiya məhsulunun üzərinə, pah bandının tam ortası, səthlərin birləşmə xətti ilə üst-üstə düşəcək şəkildə yerləşdirilməlidir. Hər qat biri-birinə əks istiqamətdə tətbiq edilir. Mühitin temperaturundan asılı olaraq 5-6 saat gözlənildikdən sonra növbəti qat tətbiq edilməlidir. Tətbiqdən sonra ən az 7 gün tam quruması gözlənilməli və 24 saat boyu sızma testləri aparılmalıdır.
Keramika yapışdırma və dərz dolğu tətbiqi
Su izolyasiyası olunmuş gipskarton səthlərdə deformasiya hərəkətlərinə davamlı olması məqsədi ilə EN12004-1 standartına görə minimum C2 və S1 sinfinin tələblərini qarşılayan CERAMAX® FLEX yapışdırıcı istifadə edilməlidir. Hamam otaqları kimi sulu məkanlarda uzun ömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.