Su anbarlarında su izolyasiyası və keramika tətbiqi
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səthdəki artıq dəmir və taxta parçaları çıxarılıb əgər varsa, boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir. Aktiv su sızmaları TAMCRETE® CRM RAPID ani bərkiyən təmir materialı ilə tutulmalıdır. Səth UNIVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir. Donmuş, əriyən və ya 24 saat ərzində donma təhlükəsi olan sahələrdə tətbiq olunmamalıdır.
Su izolyasiya tətbiqi
Su anbarlarında keramika altına su izolyasiyası tətbiqində; içməli su anbarlarına uyğun olan, sement əsaslı iki komponentli su izolyasiya materialı IZOMAX® C70 UV tətbiq edilməlidir. Döşəmə, divar və künclərdə olan birləşmə xətlərindəki zəiflik IZOMAX® PAH BANDLARI ilə möhkəmləndirilməlidir. İlk qatı fırça və ya rulo ilə tətbiq edilmiş su izolyasiya məhsulunun üzərinə, pah bandının tam ortası, səthlərin birləşmə xətti ilə üst-üstə düşəcək şəkildə yerləşdirilməlidir. Hər qat biri-birinə əks istiqamətdə tətbiq edilir. Mühitin temperaturundan asılı olaraq 5-6 saat gözlənildikdən sonra növbəti qat tətbiq edilməlidir. Tətbiqdən sonra ən az 7 gün tam quruması gözlənilməli və 24 saat boyu sızma testləri aparılmalıdır.
Keramika yapışdırıcısı və dərz dolğusu tətbiqi
Elastik su izolyasiyası materialı üzərinə keramika və ya mozaika tətbiqi üçün EN12004-1 standartına görə minimum C2 və S1 sinfinin tələblərini qarşılayan CERAMAX® FLEX və ya CERAMAX® FLEX WHITE yapışdırıcısı istifadə edilməlidir. Uzun ömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.