Beton və suvaqlı səthlərdə böyük ölçülü keramika tətbiqi
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səth UNIVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir. Səthdəki artıq dəmir və taxta parçaları çıxardılıb əgər varsa, boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir.
Keramika yapışdırma və dərz dolğu tətbiqi
Böyük ölçülü keramikalar yapışdırılarkən uzun ömürlü bir tədbiq üçün mütləq ikitərəfli (yapışdırıcı həm keramikanın, həm də tədbiq olunacaq səthin üzərinə çəkilməlidir) üsuldan istifadə edilməli, çox az dərz boşluğu buraxılmasından da qaçınılmalıdır. Böyük ölçülü keramika yapışdırılması üçün EN12004-1 standartına görə əlavə xüsusiyyətləri artırılmış C2 sinfi CERAMAX® məhsullarından uyğun olanı istifadə olunmalıdır. Uzun ömürlü dərz dolğusu üçün silikon tərkibli, elastik və antibakterial olan FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.