Beton səthlərdə keramika tətbiqi
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səthdəki artıq dəmir və taxta parçaları çıxardılıb əgər varsa boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir. Səth UNIVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir.
Keramika yapışdırma ve dərz dolğusu tətbiqi
Kiçik ölçülü keramika tətbiqində EN12004-1 standartına görə C1 sinfi CERAMAX® yapışdırıcılarından uyğun olanı, orta və böyük ölçülü keramika tətbiqində isə yüksək performanslı, əlavə xüsusiyyətləri artırılmış C2 sinfi CERAMAX® məhsullarından uyğun olanı istifadə olunmalıdır. Uzunömürlü dərz dolğusu tətbiqi üçün silikon tərkibli, antibakterial FUGAMAX® dərz dolğularından uyğun olanı istifadə edilməlidir.