Təmirə ehtiyac olan zəminlərdə keramika tətbiqi
Hamar olmayan zəminlərdə keramika yapışdırılmasından öncə mütləq səth düzəldilməlidir. Keramika tətbiqi zamanı yapışdırıcı ilə bu nahamarlıqları aradan qaldırmaq olduqca yanlışdır. Əks halda lazımi qat qalınlığı təmin olunmaz, keramikaların düzülüşündə estetiklik pozular. Eyni zamanda yapışdırıcının lazımından artıq qalınlıqda istifadə edilməsi onun quruması zamanı büzüşməsinə və səthin pozulmasına səbəb olar.
Hamar, ancaq ayrı-ayrı yerlərdə səviyyə fərqləri olan zəminlərdə TAMCRETE® CRM təmir məhsullarından istifadə edərək səthdə təmir işləri aparılmalıdır. Eyni səviyyəyə gətirilməsi lazım olan səthlərdə isə öz-özünə yayıla bilən, istifadəyə hazır döşəmə düzəltmə materialları FLOMAX® SL tətbiq edərək 4-8 mm və 20-40 mm-ə qədər hamarlamaq mümkündür.
Keramika yapışdırma ve dərz dolğusu tətbiqi
Kiçik ölçülü keramika tətbiqində EN12004-1 standartına görə C1 sinfi CERAMAX® yapışdırıcılarından uyğun olanı, orta və böyük ölçülü keramika tətbiqində isə yüksək performanslı, əlavə xüsusiyyətləri artırılmış C2 sinfi CERAMAX® məhsullarından uyğun olanı istifadə olunmalıdır. Uzunömürlü dərz dolğusu üçün silikon tərkibli, antibakterial FUGAMAX® COLORFUL və ya FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.