Aktiv su sızmalarının qarşısını almaq üçün həll yolu
Səthin hazırlanması
Tətbiq səthinin möhkəm, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth, yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı, boya və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalıdır. Materialın yerləşdiriləcəyi mövcud çat və boşluqlar daha da genişləndirilərək materialın rahat yerləşəcəyi şəkildə dərinləşdirilməlidir.
Qarışığn hazırlanması
1 dəqiqə müddətində istifadə ediləcək qədər TAMCRETE® CRM Rapid təmiz bir qab içərisinə qoyulub üzərinə su əlavə edilərək əl ilə çox sürətli bir şəkildə məcun qatılığına gələnə qədər yoğrulmalıdır. Qarışdırma əməliyyatı 30 saniyədən çox olmamalı, material sürətlə yerinə yerləşdirilməlidir.