>
Kardsa Group-un Kratos markasının da artıq ölkəmizdə rəsmi distributoruyuq
mr.fix® olaraq daha bir yeniliyə imza atdıq! Türkiyənin qlobal Sabancı Holding-inə daxil olan Çimsa-dan əlavə, Kardsa Group-un Kratos markasının da artıq ölkəmizdə rəsmi distributoruyuq. Kratos markası altında istehsal olunan sintetik liflərin və karbon fiber kompozit gücləndirmə sistemlərinin istifadə sahələri olduqca geniş və fərqlidir. Sintetik liflərdən tunel, zəmin betonlarında və sair xüsusi strateji layihələrin tikintisində geniş istifadə edilir. Karbon fiber kompozit gücləndirmə sistemlərindən isə mövcud bina və tikililərin zəifləmiş beton konstruksiyalarını gücləndirmək və binaların seysmik davamlığının artırılması üçün istifadə olunur.