>

mr.fix® “İlin Tikinti Materialları İstehsalçısı” nominasiyası üzrə ilin şirkəti mükafatına layiq görülüb

mr.fix® “İlin Tikinti Materialları İstehsalçısı” nominasiyası üzrə ilin şirkəti mükafatına layiq görülüb.

Caspian Energy Club-ın üzvü olan 1500 şirkət və təşkilat arasında keçirilən sorğuya əsasən “İlin Tikinti Materialları İstehsalçısı” nominasiyası üzrə mr.fix® brendinin istehsalçısı KARTAŞ LTD MMC ilin şirkəti mükafatına layiq görülmüşdür.

Azərbaycanda tikinti kimyəviləri istehsal edən şirkətlər arasında daima inkişaf edən, keyfiyyəti və müştəri məmuniyyətini hər zaman üstün tutan mr.fix® brendi bu gün də mövcud bazarda ilk sıralarda yer alan şirkətlərdən biridir. Qarşısına hədəf qoyduğu missiyanı uğurla davam etdirən şirkət hər zaman öz işçilərinə, cəmiyyətə habelə dövlətin iqitisadi maraqlarına ən yüksək səviyyədə xidmət göstərmişdir. 

“İlin Tikinti Materilları İstehsalçısı” mükafatına layiq görülməyimiz bizim üçün ikiqat sevinc və qürurdur, çünki bu il şirkətimizin fəaliyyətə başlamasının 20 ili tamam olur. Bu münasibətlə, şirkətimizin əməkdaşlarını və bütün tərəfdaşlarımızı təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!