mr.fix® su izolyasiya sistemləri üzrə yeni məhsullar təqdim edib
mr.fix® tikinti kimyəviləri artıq 15 ildir ki, Azərbaycanda inşaat sektorunda tikinti materiallarına sistemli və yenilikçi yanaşması ilə seçilir. Bu məqsədlə şirkət istehsal etdiyi hər bir məhsulunu, eyni zamanda su izolyasiya məhsullarını daim təkmilləşdirir və layihələrin tələblərinə uyğun sistemlər təqdim edir.
mr.fix® su izolyasiya sistemlərinin bir parçası olaraq inşaat sektoruna daha iki yeni məhsul markasını təqdim etmişdir; bitum əsaslı su izolyasiyası olan bitufix və poliüretan əsaslı dolğu materialı olan puraseal 150. bitufix məhsulları binaların təməlini izolyasiya etmək üçün iki çeşiddə, damlar üçün isə bir çeşiddə mövcuddur.
Ən çox tətbiq olunan membran izolyasiya məhsulları arasında üstünlüyü odur ki, tətbiqdən sonra elastik, tək parça, yamaqsız səth yaradır. İstifadəyə hazır bitufix məhsulları betona mükəmməl yapışdığı üçün hər hansı bir səbəbdən su keçirən yerləri asanlıqla müəyyən etmək olur.
Puraseal 150 - beton və temperatur dərzlərinin dolğusu üçün və müxtəlif təyinatlı yapışdırma işləri üçün istifadə edilən, yüksək performanslı, tam elastik, poliüretan əsaslı materialdır. İstifadəyə hazır, su keçirməz, korroziyaya davamlı olan puraseal məhsulu asan tətbiq olunur.
mr.fix® haqqında: Kartaş LTD MMC-yə məxsus olan mr.fix® tikinti kimyəvilərinin istehsalına 2003-cü ildə başlanıb. Müəssisənin istehsal fəaliyyəti ISO 9001:2008 Keyfiyyətin İdarəedilməsi beynəlxalq standartına əsasən tənzimlənir.
Yüksək keyfiyyətli hazır məhsul əldə etmək üçün, xammallar dünyanın ən qabaqcıl təchizatçılarından alınır və keyfiyyət təhlillərindən keçirildikdən sonra istehsala buraxılıq. Keyfiyyətdəki davamlılıq və stabillik sağlam və ekoloji məhsul istehsalına zəmanət verməkdədir.