Rebuild Karabakh sərgisini uğurla tamamladıq
Oktyabrın 21-də Bakı Ekspo Mərkəzində “2-ci Azərbaycan Beynəlxalq Qarabağın bərpa, yenidənqurma və inkişafı” – “Rebuild Karabakh”, “27-ci Azərbaycan Beynəlxalq İnşaat” – “BakuBuild” və “14-cü Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su təchizatı, Santexnika və Üzgüçülük hovuzu” – “Aquatherm Baku” sərgilərini birləşdirən “Xəzər İnşaat Həftəsi” başa çatdı.
Əsas tədbir “2-ci Azərbaycan Beynəlxalq Qarabağın bərpa, yenidənqurma və inkişafı” – “Rebuild Karabakh” sərgisi oldu. Üç gün ərzində sərgini Azərbaycanın bütün guşələrindən bir neçə min sakin və yüzlərlə xarici qonaq, sahibkar, jurnalist ziyarət etdi.
Qarabağın taleyinə belə yüksək marağın olması hökumətin və xalqın erməni işğalından azad edilmiş əraziləri tez bir zamanda yenidən qurmaq kimi səmimi istəyindən irəli gəlir. Artıq ikinci ildir ki, dalbadal keçirilən “Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş torpaqların bərpası və yerli və xarici şirkətlərin iştirakı ilə kompleks tədbirlərin həyata keçirilməsi layihələrinin gerçəkləşdirilməsinə dəstək verir. Tikinti kimyəviləri sektorunda fəaliyyət göstərən Kartaş LTD MMC-yə məxsus mr.fix® markası da hər il olduğu kimi bu il də sərgidə həmin şirkətlər sırasında fəal iştirak edib. Şirkətin bu sərgidə iştirak etməsi ölkə iqtisadiyyatının layiqincə inkişafında önəmli rolunu vurğulayır.
Hazırda ölkə rəhbərliyinin nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi simasını bərpa etmək məqsədilə genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır.