>
Ümummilli Lider H.Əliyevin və Türkiyə Cumhuriyyətinin 100-cü il dönümü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Zəngilan rayonunun "Teras" ərazisində 5 hektar sahədə ağac əkdik
Ümummilli Lider H.Əliyevin və Türkiyə Cumhuriyyətinin 100-cü il dönümü çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Zəngilan rayonunun "Teras" ərazisində 5 hektar sahədə ağac əkərək Qarabağımızın təbiətinin gözəlliyini bərpa edib gələcək nəsillər üçün daha yaşıl gələcək yaratdıq.
Əkdiyimiz hər ağac yeni bir ümidin simvoludur. Bu gənc fidanları bəsləməklə biz təkcə torpağı canlandırmırıq, həm də canlılar üçün yaşayış mühiti təmin edir və iqlim dəyişikliyi ilə mübarizə aparırıq.