COATIX® EP 1260 Primer
COATIX® EP 1260 Primer; iki komponentli, tərkibində solvent olmayan, aşağı özlülüklü, şəffaf epoksid qatranı əsaslı rütubət baryeri və nüfuzedici astardır. Yüksək nüfuzetmə qabiliyyəti sayəsində beton səthin kapilyar boşluqlarına nüfuz edir və bu boşluqları tutaraq döşəmədən gələn nəmliyin üzərinə tətbiq ediləcək epoksid örtüyə zərər verməsinin qarşısını alır. Bərkiməsini tamamlamamış və ya nəmliyi yüksək olan beton səthlərdə epoksid örtük sistemlərinin tətbiqinə imkan verir. Əmici və az əmici mineral əsaslı səthlərdə astar kimi; uyğun nisbətdə kvars qumu ilə qarışdırıldıqda hamarlama, doldurucu və təmir materialının bağlayıcısı kimi istifadə olunur.
İstifadə Sahələri
• Nəmliyi yüksək olan beton və sement əsaslı şap səthlərdə rütubət baryeri kimi
• Bərkiməsini tamamlamamış (28 gün gözləmək mümkün olmayan) yeni beton döşəmələrdə
• Normal və çox əmici beton, şap və mineral əsaslı səthlərdə nüfuzedici astar kimi
• Epoksid və poliuretan döşəmə örtüyü sistemlərinin və self-leveling tətbiqlərinin altında astar kimi
• Fabriklərdə, anbarlarda, emalatxanalarda, qida və əczaçılıq müəssisələrində, soyuducu anbarlarda və laboratoriyalarda
• Uyğun nisbətdə kvars qumu əlavə edilməklə hamarlama materialı, doldurucu və təmir materialının bağlayıcısı kimi
• Daxili və xarici məkanlarda, son qat örtükdən əvvəl astar qatı kimi
Üstünlükləri
• Tərkibində solvent yoxdur; aşağı emissiyalıdır, qapalı həcmlərdə təhlükəsiz tətbiq edilir
• Aşağı özlülüyü sayəsində səthə dərindən nüfuz edir
• Kapilyar boşluqları tutaraq döşəmədən gələn nəmliyin qarşısını alır; effektiv rütubət baryeri yaradır
• Nəm döşəmələrdə bərkiyə bilir; bərkiməsinə mühitin nəmliyi mənfi təsir göstərmir
• Beton səthin tozlanmasının qarşısını alır, səth müqavimətini artırır
• Üzərinə tətbiq ediləcək epoksid və poliuretan örtüklərin adheziyasını artırır
• Kvars qumu əlavə edilməklə hamarlama, doldurucu və təmir materialının bağlayıcısı kimi istifadə edilə bilər
• Fırça, rolik, rezin süpürgə (çəkpas) və ya mala ilə asan tətbiq edilir
|
Ümumi Məlumatlar |
|
|
Materialın strukturu |
İki komponentli, solventsiz, şəffaf, epoksid qatranı əsaslı (A: qatran, B: bərkidici) |
|
Rəng / görünüş |
A komponenti (qatran): Şəffaf, aşağı özlülüklü maye B komponenti (bərkidici): Şəffaf – açıq sarı maye Tətbiqdən sonra: Şəffaf, parlaq təbəqə |
|
Sıxlıq (qarışıq) |
1,00–1,10 q/sm³ / 23°C (EN ISO 2811-1) |
|
Özlülük (qarışıq) |
90–180 mPa·s / 23°C |
|
Uçucu üzvi birləşmələr (VOC) |
≤ 3 q/L |
|
Quru qalıq miqdarı |
100% (kütləcə) |
|
Mexaniki və Fiziki Müqavimət |
|
|
Şor D sərtliyi (ASTM D 2240 / DIN 53505) |
75 ± 5 (7 gün / 23°C) |
|
Qoparma üsulu ilə yapışma müqaviməti (EN 1542 / EN 1504-2) |
≥ 2,0 (1,5)b N/mm² – betonda qopma |
|
İstiliyə davamlılıq (daimi) |
+50°C (quru mühit) |
|
İstiliyə davamlılıq (qısamüddətli) |
+80°C (maks. 7 gün) +100°C (maks. 12 saat) |
|
Tətbiq Məlumatları |
|
|
Qarışıq nisbəti (A / B) |
80 / 20 (kütləcə) – 4 / 1 (həcmcə) |
|
Seyrəldici |
Seyrəldilmir |
|
Tətbiq üsulu |
Fırça, rolik, rezin süpürgə (çəkpas) və ya mala |
|
Qarışdırma avadanlığı |
300–500 dövr/dəq aşağı dövrlü mexaniki qarışdırıcı |
|
Qabda istifadə müddəti |
60–90 dəq / 23°C, 200 q (DIN 16945) |
|
Sərfiyyat (bir qat) |
200–500 q/m² (səthin əmiciliyindən asılı olaraq) |
|
Sərfiyyat (rütubət baryeri, 2 qat) |
200–400 q/m² (hər qat üçün) |
|
Tətbiq temperaturu (mühit və döşəmə) |
+10°C / +30°C |
|
Döşəmənin yol verilən nəmliyi |
Kütləcə ən çoxu 6% (CM və ya quruducu şkaf üsulu) Nəmliyi 4%-dən yuxarı olan döşəmələrdə rütubət baryeri kimi tətbiq edilir |
|
Mühitin nisbi rütubəti |
Ən çoxu 80% |
|
Qurutma Müddətləri |
|
|
Toz tutmayan quruma |
6–8 saat / 23°C (EN ISO 9117) |
|
Toxunmaya quruma |
12–14 saat / 23°C (EN ISO 9117) |
|
Növbəti qatın çəkilmə müddəti |
Ən tez 12 saat – ən gec 24 saat / 23°C (EN ISO 9117) |
|
Tam quruma |
7 gün / 23°C (EN ISO 9117) |
|
Tam mexaniki və kimyəvi yüklənmə |
7 gün / 23°C |
|
Təhlükəsizlik Məlumatları |
|
|
Təhlükəli maddələr |
TMF-ə baxın |
Göstərilən texniki göstəricilər +23°C mühit temperaturu və 50% nisbi rütubət şəraitində əldə edilmişdir; mühit və səth temperaturu aşağı düşdükcə müddətlər uzanır, yüksəldikcə qısalır (tam bərkimə +10°C-də təxminən 10 gün, +30°C-də təxminən 4 gündür). Aşağı temperaturlarda özlülük artdığından sərfiyyat da artır. Sərfiyyat göstəriciləri nəzəridir; dəqiq sərfiyyat üçün obyektdə nəzarətli nümunə tətbiqi aparılmalıdır.