BETONMIX® HP 460
BETONMIX® HP 460 - modifikasiyalı polikarboksilat əsaslı, yüksək dərəcədə su azaldıcı, hiper axışqanlaşdırıcı, betonun erkən və son müqavimətini artıran, yeni nəsil beton qatqısıdır.
EN 934-2 standardı cədvəl 3,1 və 3,2-ə uyğundur
AZS 221-2006
Məhsul kodu: 207.90006
İstifadə sahələri
- Erkən və son müqaviməti yüksək tələb olunan betonlarda
- Prefabrik və prekast betonlarda
- Yerləşdirmə çətinlikləri olan sıx təchizatlı betonlarda
- Sıx və düzgün səth tələb olunan betonlarda
- Özü yerləşən betonlarda
- Erkən qəlibdən çıxarılma tələb olunan betonlarda
Üstünlükləri
- Fərqli sement növlərinə uyğundur.
- Betonun erkən və son müqavimətini artırır.
- Betonun axıcılığını uzun müddət qoruyaraq işlənə bilinməsini artırır və rahat yerləşmə xüsusiyyəti qazandırır
- İşçiliyi azaldır, qənaətliliyi təmin edir
- Hamar səthlər əldə edilməsini təmin edir
- Betonun donma və istiliyə qarşı müqavimətini artırır
- Tərkibində xlor yoxdur, dəmir təchizatına zərər verməz
| Materialın tərkibi | Modifikasiyalı polikarboksilat əsaslı |
| Rəngi | Sarı, tünd sarı |
| Sıxlığı (ISO 758) | 1,03 - 1,07 kq/litr |
| Xlor tərkibi % (EN 480-10) | < 0,1 |
| Alkali tərkibi % (EN 480-12) | < 5,0 |
Yuxarıdakı göstəricilər +20°C-də və 50% nisbi rütubət üçün verilmişdir.