BETONMIX® RCA
BETONMIX® RCA - modifikasiyalı natrium qlukonat əsaslı, betonun bərkimə müddətini uzadan, su azaldıcı və axışqanlaşdırıcı beton qatqısıdır.
EN 934-2 standardı cədvəl 8 və 10 -a uyğundur.
AZS 221 - 2006
Məhsul kodu: 207.60022
İstifadə sahələri
- Yerləşdirmə çətinlikləri olan sıx təchizatlı betonlarda
- Sıx və düzgün səth tələb olunan betonlarda
- Pompasız və pompalı hazır beton istehsalında
- Soyuq dərz əmələ gəlməsinin qarşısınən alınması tələb olunan betonlarda
- Yay aylarında uzun müddətli daşıma və işlənə bilmə tələb olunan betonlarda
- Geniş həcmli, nəzarətli bərkimə müddəti uzanması lazım olan kütlə betonları və xüsusi istehsal tələb olunan beton tökmələrdə
- Təkrar vibrasiyaya tutulacaq olan beton istehsallarında istifadə olunur
Üstünlükləri
- Fərqli sement növlərinə uyğundur
- Betonun axıcılığını uzun müddət qoruyaraq işlənə bilinməsini artırır və rahat yerləşmə xüsusiyyəti qazandırır
- Yüksək hava temperaturlarında ( 3 gün boyunca +30°C -nin üstündəki temperaturda) istifadəyə uyğundur
- Hamar səthlər əldə edilməsini təmin edir
- Rahat pompalamanı təşkil edər
- Masdar bitişli səth əldə edilməsini asanlaşdırır
- Tərkibində xlor yoxdur, dəmir təchizatına zərər verməz
| Materialın tərkibi | Modifikasiyalı natrium qlukonat əsaslı |
| Rəngi | Qəhvəyi |
| Sıxlığı (ISO 758) | 1,17 - 1,20 kq/litr |
| Xlor tərkibi % (EN 480-10) | < 0,1 |
| Alkali tərkibi % (EN 480-12) | < 5,0 |
Yuxarıdakı göstəricilər +20°C də və 50% nisbi rütubət üçün verilmişdir.