BETONMIX® TBP 15
BETONMIX® TBP 15 - modifikasiyalı polikarboksilat əsaslı, sıfır çökməli betonlarda yerləşdirilməni asanlaşdıran, su azaldıcı, beton qatqısıdır.
EN 934-2 standardı cədvəl 2-yə uyğundur.
AZS 221-2006
Məhsul kodu: 207.60027
İstifadə sahələri
- Prefabrik və prekast betonlarda
- Sıx və düzgün səth tələb olunan betonlarda
- Erkən qəlipdən çıxarılma tələb olunan betonlarda
- Beton plitələr və boruların istehsalında
- Tamet, bordür və beton parket istehsalında
- Tikinti blok və kərpiclərin istehsalında
- Rəngli beton istehsalında
- Su novu və quyularında, həmçinin drenaj və kanalizasiya qapaq kənarları istehsalında
Üstünlükləri
- Fərqli sement növlərinə uyğundur
- Betonun erkən və son müqavimətini artırır
- Hamar səthlər əldə edilməsini təmin edir
- Betonun donma və istiliyə qarşı müqavimətini artırır
- Sement, mineral qatqı və piqmentlərin effektiv paylanmasını yaradır
- Betonun hərəkətini yaxşılaşdırır və qəlib doldurma sürətini artırır
- Qəlib və beton arasındakı sürtünməni azaldır
- Qatqısız betona görə, qəlib sökmə zamanını qısaldır
- Betonun sıxışdırılmasını optimal hala gətirərək, sıxışdırma və istehsal müddətini qısaldır
- Betonun büzülmə və dartılma kimi mexaniki xüsusiyyətlərin artmasını təşkil edir
- Qatqısız betona görə, betonun sıxılma və əyilmə müqavimətinə müsbət istiqamətdə təsir edir
- Tərkibində xlor yoxdur, dəmir təchizatına zərər verməz
| Materialın tərkibi | Modifikasiyalı Polikarboksilat əsaslı |
| Rəngi | Açıq sarı |
| Sıxlığı (ISO 758) | 1,00 - 1,03 kq/litr |
| Xlor tərkibi % (EN 480-10) | < 0,1 |
| Alkali tərkibi % (EN 480-12) | < 5,0 |
Yuxarıdakı göstəricilər +20°C də və 50% nisbi rütubət üçün verilmişdir.