IZOMAX® B 772
IZOMAX® B772, su təzyiqinə məruz qalan və daimi su ilə təmasda olan konstruksiya elementlərinin izolyasiyası üçün nəzərdə tutulmuş, iki komponentli, aşağı özlülüklü, tam elastik, qalın tətbiq olunan polimer modifikasiyalı bitum-kauçuk və xüsusi sement əsaslı su izolyasiya materialıdır.
EN 15814 standartına görə PMBC sinfinə uyğundur.
PMBC: Polimer Modifikasiyalı Bitumlu Qalın Örtük
İstifadə Sahələri
● Dərin təməl və pərdə divarlarında, təzyiqli və daimi su ilə təmasda
● Müvəqqəti və ya daimi su təzyiqinə məruz qalan konstruksiya elementlərinin qorunması və izolyasiyasında
● Hamam, tualet, balkon və teras kimi nəmli sahələrdə
● Dayaq divarlarında
● Yeraltı avtodayanacaqların üzərində və bağça teraslarında zəmin rütubətinə qarşı izolyasiyada ● İstilik izolyasiyası və ya drenaj lövhələrinin döşənməsində
Qeyd: Material UV-yə davamlı deyil; tətbiqdən sonra qoruyucu beton təbəqəsi ilə örtülməlidir.
Üstünlükləri
● İstifadəyə hazırdır, qızdırma tələb etmir, asan tətbiq olunur
● Beton və metala mükəmməl şəkildə yapışır
● Tikişsiz, bütöv bir örtük əmələ gətirir
● Elastikdir, bina oturduqda çatlamır
● Dərin təməllərdə yeraltı su təzyiqinə qarşı su keçirməyən təbəqə əmələ gətirir
● Tərkibində həlledici yoxdur
● Tərkibindəki reaktiv maddə sayəsində həm sürətli quruma, həm də yüksək su təzyiqinə davamlılıq təmin edir
● Şaquli və üfüqi səthlər üçün uyğundur, axma vermir
● Turşulara, aqressiv minerallara və torpaqdakı kimyəvi maddələrə davamlıdır
● Büzülmə çatlarının üzərindən körpü salaraq çat əmələ gəlməsinin qarşısını alır
|
Ümumi Məlumatlar |
|
|
Materialın tərkibi |
Polimer modifikasiyalı bitum kauçuk emulsiyası və xüsusi sement |
|
Görünüş |
Qəhvəyi (qurumadan sonra qara) |
|
Sıxlıq |
1,14 kq/lt |
|
Performans Məlumatları (EN 15814) |
|
|
Yumşalma nöqtəsi |
≥ 80°C |
|
Aşağı temperaturda elastiklik (EN 15814) |
0°C-də çatlama yoxdur |
|
Yüksək temperaturda ölçü sabitliyi (EN 15814) |
70°C-də axma vermir |
|
Suya davamlılıq |
Rəng dəyişikliyi və səthdə pozulma yoxdur |
|
Su keçirməzlik (EN 15820) |
W2A |
|
Su penetrasiyasına davamlılıq |
≥ 7 bar (pozitiv, min. 4–6 mm qalınlıqda) |
|
Çat körpüləmə (EN 15814) |
CB2 |
|
Sıxılmaya qarşı davamlılıq (EN 15814) |
C2A |
|
Yağışa davamlılıq |
R1 |
|
Bərk maddə nisbəti |
A komponenti 58%, A+B qarışığı 68% |
|
Tam qurumada qalınlıq itkisi |
~32% |
|
Tətbiq Məlumatları |
|
|
Tətbiq temperaturu |
+5°C / +35°C |
|
Qarışım miqdarı |
A komponenti 24 kq / B komponenti 8 kq |
|
İşlənə bilmə müddəti |
1–2 saat |
|
Su ilə təmas müddəti |
Min. 48 saat |
|
Su keçirməz hala gəlmə müddəti |
7 gün |
|
Quruma müddəti |
3 gün |
|
Torpaq doldurulması üçün gözləmə müddəti |
3 gün |
|
Sərfiyyat |
3–6 kq/m² (2–4 mm quru təbəqə qalınlığı, 2 qatda) |
|
Təhlükəsizlik Məlumatları |
|
|
Yanğına reaksiya sinfi (EN 13501-1) |
E |
|
Təhlükəli maddələr |
TMF-ə baxın |
Texniki göstəricilər +20°C temperatur və 50% nisbi rütubət şəraitində əldə edilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur isə uzadır.