THERMOMAX® CP
THERMOMAX® CP, PVC künc profilidir. Fasad istilik izolyasiya kompozit sistemlərində (ETICS) tikili künclərində, həmçinin pəncərə və qapı açırımlarının xarici künclərində istifadə edilir. Profildə setka olmadığı üçün küncdə əsas suvaq setkasının dönməsi ayrıca yerinə yetirilməlidir.
İstifadə Sahələri
• Fasad istilik izolyasiya kompozit sistemlərində (ETICS / mantolama) tikilinin xarici künclərində
• Pəncərə və qapı açırımlarının xarici künclərində
• Sütun, tir, balkon və karniz künclərində
• EPS, XPS və daş yunu lövhələr üzərində
Üstünlükləri
• Küncləri zərbələrə və mexaniki zədələrə qarşı qoruyur
• Düz və iti künc xətti yaradır; suvaq tətbiqində künc mastarı rolunu oynayır
• PVC quruluşu sayəsində paslanmır; fasadda pas ləkəsi yaratmır
• Asan kəsilir və yerləşdirilir
|
Ümumi Məlumatlar |
|
|
Profil materialı |
PVC |
|
Profil qanadının ölçüsü |
21 × 21 mm |
|
Profilin uzunluğu |
2,5 m |
|
Performans Məlumatları |
|
|
İstismar temperaturu |
−40°C / +80°C |
|
Korroziyaya davamlılıq |
PVC; paslanmır |
|
Tətbiq Məlumatları |
|
|
Tətbiq ardıcıllığı |
Dübellənmədən sonra, əsas suvaq setkasından əvvəl |
|
Küncdə əsas setkanın dönməsi |
Hər iki istiqamətə min. 10 sm |
|
Sərfiyyat |
Künc uzunluğu qədər (m/m) |
Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və %50 nisbi nəmlik şəraitində əldə edilmişdir.