Boyalı səthlər üzərinə keramika tətbiqi

Səthin hazırlanması

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Boyalı səthlər üzərinə ediləcək tətbiqlərdən əvvəl səthin sağlamlığı yoxlanılmalı, qabarmış və ya çatlamış hissələr sağlam səthə çatıncaya qədər qaşınmalıdır. Boyalı səthlər üzərində yapışma gücünün artırılması üçün səth çapılmalıdır. Yapışmanı artırmaq məqsədi ilə KONTAKT ASTAR materialından istifadə olunmalıdır.


Keramika yapışdırma və dərz dolğu tətbiqi

Kiçik ölçülü keramika tətbiqində EN12004-1 standartına görə C1 sinfi CERAMAX® yapışdırıcılarından uyğun olanı, orta və böyük ölçülü keramika tətbiqində isə yüksək performanslı, əlavə xüsusiyyətləri artırılmış C2 sinfi CERAMAX® məhsullarından uyğun olanı istifadə olunmalıdır. Uzun ömürlü dərz dolğusu üçün silikon tərkibli, antibakterial FUGAMAX® COLORFUL və ya FUGAMAX® FLEX dərz dolğusu istifadə edilməlidir.