Teraslarda bitum əsaslı su izolyasiya tətbiqi

Səthin hazırlanması

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasınna diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli və səthdə artıq qırıntılar olmamalıdır. Donmuş, əriyən və ya 24 saat ərzində donmaq təhlükəsi olan sahələrdə tətbiq olunmamalıdır. 5-20 mm dərinliyində olan boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir.

 

Su izolyasiyasının tətbiqi

Teraslar üçün xüsusi istehsal olunmuş polimer modifikasiyalı bitum-kauçuk və xüsusi sement əsaslı iki komponentli aşağı viskozluğa malik tam elastik su izolyasiya materialı olan IZOMAX® B752 Roof tətbiq edilməlidir. Əvvəlcə IZOMAX® B752 Roof-un B komponenti su ilə 1:5 nisbətində yaxşı qarışdırılaraq astar hazırlanmalıdır. Sonra hazırlanmış astar məhlulu uyğun bir fırça ilə tətbiq edilməli, üfüqi səthlərdə materialın səthdə toplanmamasına diqqət edilməlidir. Astarın quruması gözlənilməli (2-12 saat) və tam quruduqdan sonra IZOMAX® B752 Roof-un ilk qat tətbiqinə başlanılmalıdır.

IZOMAX® B 752 Roof materialı hazırlanmış səthə fırça, mala və ya püskürtmə avadanlığı ilə ən azı 2 qat tətbiq edilməlidir. Tətbiq sahəsindəki döşəmə, divar və künclərdə olan birləşmə xətlərindəki zəiflik IZOMAX® PAH BANDLARI ilə möhkəmləndirilməlidir. İlk qatı fırça və ya rulo ilə tətbiq edilmiş su izolyasiya məhsulunun üzərinə, pah bandının tam ortası, səthlərin birləşmə xətti ilə üst-üstə düşəcək şəkildə yerləşdirilməlidir. İkinci qat tətbiqi üçün birinci qatın tam quruması gözlənilməlidir. Hər iki qat bir-birinə şaquli- üfüqi istiqamətlərdə çəkilməlidir.

IZOMAX® B752 Roof tam quruduqdan sonra izolyasiyanın qorunması üçün üzəri yüksək sıxlıqda THERMOMAX® EPS lövhələri ilə örtülməlidir. Lövhələrin üzərinə geotekstil keçə sərildikdən sonra qoruyucu beton və ya çınqıl daş ilə üzəri bağlanmalıdır.