Xarici termo izolyasiya kompozit sisteminin tətbiqi (ETICS)

Səthin hazırlanması

Termo izolyasiya olunacaq səth mütləq suvaqlı olmalıdır. Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli, səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səth UNIVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir. Səthdəki artıq dəmir və taxta parçaları çıxardılıb əgər varsa, boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir.

Tətbiqi

THERMOMAX® EPS istilik izolyasiya lövhələri THERMOMAX® yapışdırıcısı ilə tətbiq edilir. Yapışdırıcı lövhənin səthinə daraqlı mala ilə kənarları boyu çəkilib orta hissəsinə isə nöqtəsəl qoyulur və ya daraqlı mala ilə tam çəkilərək yapışdırılır. Yapışdırıldıqdan ən azı 24 saat sonra THERMOMAX® DBL 60 dubeli tətbiq edilməlidir. Dubel tədbiqi üçün divar drellə deşilir. Deşik dubelin uzunluğundan 1 sm dərin açılmalıdır. Dubellər lövhələrin küncünə və lövhə aralıqlarına 2 ədəd olmaqla yerləşdirilir və plastik mismarları vurulur. Betonun içinə ən azı 40 mm, kərpic və digər bloklu səthlərə ən azı 50 mm girəcək şəkildə tədbiq edilir. Drel deşiyinin diametri açılacaq dubelin diametri ilə eyni seçilməlidir. Beton səthlərdə açılacaq deşiyin diametri dubel diametrindən 1 mm daha geniş ola bilər. Künc hissələrdə isə dubelin sayını artırmaq gərəklidir.

Pəncərə, qapı və bina küncləri THERMOMAX® FKP filəli künc profili ilə suvanır. Birinci qat suvaq yapışdırma tədbiqindən ən azı 24 saat sonra uyğulanmalıdır. Homogen suvaq qalınlığı (ortalama) 2 mm olmalıdır. THERMOMAX® ST suvaq gücləndirmə toru suvaq qurumadan üzərinə tutulacaq şəkildə ehtiyatla yapışdırılır. Suvaq gücləndirmə toru eninə və uzununa biri digərinin üzərinə 10 sm örtəcək şəkildə birləşdirilməlidir. İkinci suvaq tədbiqindən sonra düzgün hamar səth əldə edilir. İkinci qat suvağın homogen qalınlığı (ortalama) 1 mm olmalıdır.

Dekorativ suvaq tətbiqi

Əvvəlcədən astar çəkilmiş səthə THERMOMAX® CLASSIC və ya THERMOMAX® UNIVERSAL dekorativ suvağı sərt mala ilə yayılır. Hava şəraitinə görə təxminən 10-20 dəqiqə içərisində plastik və ya poliuretan mala ilə dairəvi hərəkətlərlə səthə naxış verilir. Naxış  vurularkən mala tez-tez təmizlənməlidir. İstifadə zamanı qalınlıq materialın içindəki ən iri dənəciyin ölçüsü nəzərə alınmaqla tənzimlənməlidir.