Depo sahələri üçün səth sərtləşdirici tətbiqi
Beton səthlər zamanla aşınmaya və tozlanmaya məruz qalırlar. FLOMAX® SH 500 (kvars əsaslı) və FLOMAX® SH 550 K (kvars və korund əsaslı) toz səth sərtləşdiricilərinin yeni tökülmüş betona tətbiqi ilə daha yüksək dayanıqlı, daha az aşınan və üstəlik fərqli rənglərdə səthlər əldə etmək mümkündür. Betonun qorunması və daha parlaq bir səth əldə etmək məqsədi ilə tətbiqdən dərhal sonra betonun səthinə FLOMAX® SH CURE materialı istifadə edilməlidir.
Səthin hazırlanması
Yeni tökülmüş betonun üzərinə çıxıla biləcək və səthində su gölməçələri qalmayacaq qədər sərtləşməsi lazımdır. Səthlərdə hamarlama işi başa çatdıqdan dərhal sonra səth sərtləşdirici məhsullar istifadə edilməlidir. Betonun bərkimə vaxtını düzgün tənzimləmək lazımdır; erkən tətbiqlərdə sərtləşdirici betonun içinə qarışa bilər, gec tətbiqlərdə isə betona heç nüfuz etməyə bilər.
Beton sərtləşdiricinin istifadə təlimatı
FLOMAX® SH 500 və ya FLOMAX® SH 550 K məhsulları sıxışdırılmış və mastarlanmış təzə beton səthinə toz şəklində səpilir, səthə yedizdirilərək hamarlanır və cilalanaraq tətbiq edilir. Material tökülmədən əvvəl cila aparatına düz sini taxılaraq səthdə toplanmış sement şərbəti yayılır və material səpilir. Birinci qatda töküləcək materialın 2/3 hissəsi səpilməlidir. Material bir yerdə toplandığı halda, toplanan hissə səthə bərabarcə yayılır. Materialın betonun suyunu çəkməsi və rənginin sulu bir görünüş alması gözlənilir. Bu mərhələyə gəldikdə xüsusi avadanlıq vasitəsi ilə material yayılır. Sonra isə materialın qalan qismi (1/3 hissəsi) səthə eyni üsul ilə tətbiq edilir. Düzgün bir səth əldə etmək üçün cila bıçaqları ilə davam edilir. İstənilən səth görünüşü əldə edildikdən dərhal sonra maksimum səth performansı əldə edə bilmək üçün FLOMAX® SH CURE kür materialı tətbiq edilməlidir.
Kür materialı fırça, rulo və ya püskürdücü aparatla tədbiq edilə bilər. Məhsuldan ideal nəticə əldə etmək üçün 1-ci qat tətbiqdən dərhal sonra, 2-ci qat isə 24 saat sonra tətbiq edilməlidir.