Balkon və teraslarda sement əsaslı su izolyasiya tətbiqi
Səthin hazırlanması
Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasınna diqqət edilməlidir. Səth yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli və səthdə artıq qırıntılar olmamalıdır. Donmuş, əriyən və ya 24 saat ərzində donmaq təhlükəsi olan sahələrdə tətbiq olunmamalıdır. 5-20 mm dərinliyində olan boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir. Səth UNİVERSAL ASTAR ilə astarlanaraq əmiciliyi azaldılmalı və sağlam yapışma səthi təmin edilməlidir.
Su izolyasiyası tətbiqi
Balkon və teras kimi məkanlarda izolyasiya tətbiqindən öncə astarlanmış beton səth üzərinə sement əsaslı iki komponentli su izolyasiya materialı IZOMAX® C40 və ya IZOMAX® C75 Flex istifadə edilməlidir. Tətbiq məkanındakı döşəmə, divar və künclərdə olan birləşmə xəttlərindəki zəiflik IZOMAX® PAH BANDLARI ilə möhkəmləndirilməlidir. İlk qatı fırça və ya rulo ilə tətbiq edilmiş su izolyasiya məhsulunun üzərinə, pah bandının tam ortası, səthlərin birləşmə xətti ilə üst-üstə düşəcək şəkildə yerləşdirilməlidir. Mühitin temperaturundan asılı olaraq qatlar arasında 5-6 saat gözlədikdən sonra ikinci qat tətbiq edilməlidir.
İzolyasiya materialı tam quruduqdan sonra izolyasiyanın qorunması üçün üzəri yüksək sıxlıqda THERMOMAX® EPS lövhələri ilə örtülməlidir. Lövhələrin üzərinə geotekstil keçə sərildikdən sonra qoruyucu beton və ya çınqıl daş ilə üzəri bağlanmalıdır.