Daxildən (negativ) su izolyasiya tətbiqi

Nəm və rütubətli zirzəmi mərtəbələri yaşayış sahəsi kimi istifadə olunmadığına görə binanın ömrünü və dəyərini azaldır. Binaların torpaq altında qalan hissələrini binanın tikintisi zamanı xaricdən su izolyasiyası etmək ən doğru addımdır. Xaricdən izolyasiya edilmədiyi təqdirdə alternativ kimi daxildən su izolyasiyası etmək mümkündür.

 

Səthin hazırlanması

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth, yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli və səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səthdəki artıq dəmir və taxta parçaları çıxardılıb əgər varsa, aktiv su sızmaları TAMCRETE® CRM RAPID ani bərkiyən təmir materialı ilə təmir edilməlidir. 5 mm - 20 mm arası dərinlikdə olan boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir. Tətbiq olunacaq səth tətbiqdən əvvəl su ilə isladılmalı, amma su gölü yaradılmamalıdır.

 

Su izolyasiya tətbiqi

IZOMAX® C60 N iki komponentli su izolyasiya məhsulu beton səthə fırça və ya rulo ilə tətbiq edilir. Hazır məhsul daha öncə nəmləndirilmiş səthə 2 və ya 3 qat halında tətbiq edilə bilər. Hər bir qat çəkilmədən öncə altdakı qatın quruması gözlənilir. Hər qat biri-birinə əks istiqamətdə tətbiq olunmalıdır. Mühitin temperaturundan asılı olaraq 5-6 saat gözlənildikdən sonra növbəti qat tətbiq edilməlidir. Səth quruduqdan sonra ən azı 7 gün tam quruması gözlənilməli və 24 saat ərzində sızma testləri aparılmalıdır. Su izolasiya tətbiqindən sonra səthi düzəltmək və ya sonrakı tətbiqə hazır hala gətirmək üçün incə suvaqla bütün səth suvanmalıdır.