Təməl pərdə divarlarında xaricdən su izolyasiya tətbiqi

Səthin hazırlanması

Tətbiq sahəsinin sağlam, quru, təmiz, tozsuz və daşıyıcı olmasına diqqət edilməlidir. Səth, yapışmanı zəiflədəcək bütün yağ, pas, qatı sürtgü yağı və parafin qalıqlarından təmizlənməli və səthdə artıq qırıntılar olmamalı və səth nəmə doymuş olmalıdır. Səthdəki zəif sement şərbət təbəqəsi aşındırılmalı, çox hamar səthlər isə yüngül şəkildə nahamarlandırılmalıdır. 5 mm - 20 mm dərinliyində olan boşluqlar iki gün əvvəlcədən uyğun bir TAMCRETE® təmir materialı ilə təmir edilməlidir Tətbiq olunacaq səth tətbiqdən əvvəl su ilə isladılmalı, amma su gölü yaradılmamalıdır. Hər bir qat tətbiqi arasında maksimum 5 saat gözlənilməlidir. Hər qat bir birinə əks istiqamətdə tətbiq olunur.

 

Su izolyasiyası

Təməl pərdə divarlarında su izolyasiya qatı olaraq iki komponentli polimer modifikasiyalı, bitum-kauçuk və xüsusi sement əsaslı aşağı viskozluğa malik IZOMAX® B772-dən texniki təlimatlara uyğun olaraq 2 qat tətbiq olunmalıdır.

 

Su izolyasiya qatının qorunması

Polimer modifikasiyalı, bitum-kauçuk əsaslı su izolyasiya qatı tam olaraq qurumadan torpaqla doldurulmamalıdır. Torpaq doldurulmadan öncə su izolyasiya qatını torpağın içərisində ola biləcək iti cismlərdən və mexaniki təsirlərdən qorumaq üçün THERMOMAX® termoizolyasiya lövhələrindən istifadə edilməlidir.