PURASEAL 150
PURASEAL 150 - beton və temperatur dərzlərinin dolğusu üçün və müxtəlif təyinatlı yapışdırma işləri üçün yüksək performanslı, tam elastik, tək komponentli poliüretan əsaslı materialdır.
Məhsul kodu: 205.30096
İstifadə sahələri
- Beton dərz dolğu materialı və müxtəlif təyinatlı elastik yapışdırıcı olduğuna görə çox fərqli sahələrdə
- Bütün növ daxili və xarici məkanlarda tikinti işlərində
- Üfüqi və şaquli istiqamətlərdə beton və temperatur dərzlərinin doldurulmasında
- İstifadə olunan betonu və strukturu temperatur, titrəmə və digər hərəkətlərdən (25%-ə qədər) qorunmasında
- Təbii daş, keramika, plitələr, taxta, alüminium, şüşə, metal, kərpic və alçipan kimi tikinti materiallarının bir-birinə yapışdırılmasında
- Çevik yapışma və su izolyasiyası tələb olunan montaj, dekorativ işlərdə, dam örtmə işlərində
- Müxtəlif hazır beton elementlərin, pilləkən, pəncərəaltı və eşiklərin, süpürgəliklərin daxili və xarici yapışdırılmasında
- Havalandırma sistemlərinin quraşdırılmasında istifadə olunur
Üstünlükləri
Dolğu materialı olaraq:
- İstifadəyə hazırdır, asan tətbiq olunur
- Hava və nəm ilə birlikdə özünü tutur
- İstifadə zamanı və ya özünü tutarkən qabarcıq vermir
- Yüksək elastikliyə malikdir
- Fərqli hava şəraitlərinə və mövsüm dəyişikliyinə dayanıqlıdır, öz fiziki xüsusiyyətlərini dəyişmir
- Viskozluğu yüksəkdir, tətbiq zamanı axıb getmir
- Müxtəlif kimyəvi maddələrə, həmçinin UB şüalara davamlıdır
- Heç bir halda su keçirmir
- Korroziyaya meyilli deyil
- Titrəmələri və zərbələri qəbul edərək, təsirini azaldır
- Çatları doldurur
Yapışdırıcı olaraq
- Beton, metal, şüşə və digər inşaat materialları ilə yaxşı yapışma təmin edir
- Yapışdırılan parçanın ayrıca ankrajlanmasına ehtiyac qalmır
| Materialın tərkibi | Poliüretan əsaslı |
| Rəng | Ağ , Boz , Qara |
| Sıxlığı | 1,3 qr/cm² |
| SHORE A möhkəmliyi (ISO 868) | 30-40 |
| Elastiklik modulu 28 gün (ISO 8339) | 0,55-0,65 Mpa |
| Hərəkət udma qabiliyyəti | 25% |
| Dartılmada uzanma 28 gün (ISO 8339) | ≥200 |
| Elastiklik həddi (ASTM D412) | 600% |
| Çəkmə möhkəmliyi (ASTM D412) | 2.2 Mpa |
| Elastik geri dönüş qabiliyyəti (ISO7389) | ≥70 |
| Sürüşmə | yoxdur |
| Qabıqlanma müddəti | 90 dəqiqə |
| Özünün tutma müddəti | 3.5 mm/ 24 saat |
| Kimyəvi müqavimət * | Bir sıra kimyəvi materiallara |
| Tətbiq tempraturu | +5°C / +40 °C |
| İstifadə tempraturu | -30°C / +80 °C |
Yuxarıdakı göstəricilər +23°C də və 50% nisbi rütubət üçün verilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur müddəti uzadır
Qeyd: **Suya, kimyəvi təmizləyici vasitələrə, daimi olmayan neft və hidrokarbon əsaslı materiallara, müxtəlif turşulara, qələvilərə davamlılıq vardır.
**UB şüaların təsiri altında rənglərdə müəyyən fərqliliklər əmələ gələ bilər. (fiziki -mexaniki xüsusiyyətlərdə heç bir dəyişiklik baş vermir)