IZOMAX® C60 N

IZOMAX® C60 N sement və polimer emulsiya əsaslı, iki komponentli, həm neqativ həm də pozitiv istiqamətdə istifadə edilə bilən tam elastik su izolyasiya materialıdır.
EN 14891 standartına əsasən CMO2P sinifinə uyğundur.
CM: Sementli, maye halında tətbiq edilən su izolyasiya materialı
O2: Çatlaq körpüləmə qabiliyyəti (-20°C)
P: Xlorlu suda yapışma müqaviməti
 

İstifadə sahələri

•    Daxili və xarici məkanlarda, şaquli və üfüqi səthlərdə
•    Bina təməl izolyasiyasında, istinad divarlarında və beton qurğularda
•    Tunellərdə
•    Tualet, hamam, mətbəx, terras və balkon kimi nəmli və sulu sahələrdə
•    Üzgüçülük hovuzlarında və içməli su anbarlarında
•    Beton səthlərin karbonlaşma və xlor təsirlərinə qarşı qorunmasında
 

Üstünlükləri

•    Tam elastik su izolyasiya materialıdır
•    Neqativ və pozitiv su keçirməzlik davamlılığına malikdir
•    Mükəmməl yapışma xüsusiyyətinə malikdir
•    Hazırlanması və tətbiqi asandır
•    Fırça və ya püskürtücü ilə tətbiq edilə bilər
•    Su keçirməzdir, amma buxar keçirgəndir
•    Donma-ərimə dövrlərinə davamlıdır
•    Atmosfer şəraitində karbon qazına və xlora davamlıdır

Ümumi Məlumatlar

Materialın tərkibi

Xüsusi sement, mineral doldurucu maddələr, maye polimer emulsiya və xüsusi kimyəvi maddələr

Elastiklik sinfi

CMO2 tam elastik

Görünüş

Boz

Sıxlıq (qarışıq)

~1,98 kq/lt

Performans Göstəriciləri

Başlanğıc yapışma müqaviməti (EN 14891)

≥ 0,50 N/mm²

Su ilə təmasdan sonra yapışma (EN 14891)

≥ 0,50 N/mm²

İstidən sonra yapışma (EN 14891)

≥ 0,50 N/mm²

Donma-ərimə dövründən sonra yapışma (EN 14891)

≥ 0,50 N/mm²

Xlorlu su ilə təmasdan sonra yapışma (EN 14891)

≥ 0,50 N/mm²

Çatlaq körpüləmə +20°C (EN 14891)

≥ 1,50 mm

Çatlaq körpüləmə −20°C (EN 14891)

≥ 1,00 mm

Kapilyar su əmmə (EN 1062-3)

≤ 0,10 kq/m²·s⁰·⁵

Su keçirməzlik (EN 14891)

Su keçirməz (150 kPa/7 gün)

Su nüfuzetmə davamlılığı

≥ 7 bar (müsbət)

Tətbiq Məlumatları

Tətbiq temperaturu

+5°C / +30°C

Servis temperaturu

−20°C / +80°C

Qarışıq nisbəti

25 kq toz + 2 kq maye B komponenti + 5–5,5 litr su

Qarışığın istifadə müddəti

~1 saat

Qat sayı

2–3 qat

Qatlar arası gözləmə müddəti

Min. 5 saat

Keramika örtüyü üçün gözləmə

Min. 1 gün

Su keçirməz hala gəlmə müddəti

7 gün

Tam quruma müddəti

Min. 48 saat

İstifadəyə açılma müddəti

1 həftə

Sərfiyyat

1,20–1,30 kq/m² (hər qat üçün)

Təhlükəsizlik Məlumatları

Təhlükəli maddələr

SDS-ə baxın

Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və 50% nisbi rütubət şəraitində əldə edilmişdir. Yüksək temperatur müddəti qısaldır, aşağı temperatur uzadır.