THERMOMAX® EPS CARBON

THERMOMAX® EPS CARBON, qrafit qatqılı genişləndirilmiş polistirol əsaslı, tikililərin şaquli və üfüqi səthlərində istilik izolyasiyası məqsədi ilə istifadə olunan izolyasiya lövhəsidir. Tərkibindəki qrafit, istilik şüalanmasını əks etdirərək eyni sıxlıqdakı ağ EPS lövhəyə nisbətən təxminən %20 daha aşağı istilik keçiricilik əmsalı təmin edir; beləliklə eyni izolyasiya performansı daha nazik lövhə ilə əldə edilir.
EN 13163 standartına uyğundur. EPS 50, EPS 90 və EPS 120 olmaqla üç sıxılma gərginliyi sinfində istehsal olunur.

İstifadə Sahələri
•    Fasad istilik izolyasiya kompozit sistemlərində (ETICS / mantolama)
•    Lövhə qalınlığının məhdud olduğu fasad tətbiqlərində
•    Daxildən divar istilik izolyasiyasında
•    Dam altı, dam bölmələri və gəzilməyən damlarda
•    Döşəmə, şap altı və tavan istilik izolyasiyasında

İstifadə Sahəsi – Növ Seçimi
Aşağıdakı cədvəl, hər istifadə sahəsi üçün uyğun THERMOMAX® EPS CARBON növünü və seçimi müəyyən edən texniki göstəricini göstərir. Son növ və qalınlıq seçimi, layihənin istilik izolyasiya hesabatına və yük dəyərlərinə əsasən aparılmalıdır.

 

İstifadə sahəsi

EPS 50

EPS 90

EPS 120

Təyinedici göstərici

Fasad istilik izolyasiyası (ETICS / mantolama)

●

●

●

Səthə perpendikulyar dartılma müqaviməti

EN 1607 ≥ 100 kPa (TR100)

Qalınlığı məhdud fasad tətbiqləri (niş, balkon, qonşu sərhədi)

●

●

●

İstilik keçiricilik əmsalı (λD)

Daxildən divar istilik izolyasiyası

●

●

○

İstilik keçiricilik əmsalı (λD) və su buxarı diffuziyası

Gəzilməyən dam, dam altı, isti dam

●

●

○

İstilik keçiricilik əmsalı (λD)

Zirzəmi / qaraj tavanının istilik izolyasiyası

●

●

○

İstilik keçiricilik əmsalı (λD)

Şap altı döşəmə izolyasiyası (yaşayış, piyada yükü)

○

●

●

Sıxılma gərginliyi CS(10)

Gəzilən teras dam (şap altı)

–

○

●

Sıxılma gərginliyi və uzunmüddətli deformasiya (EN 1606)

Sənaye döşəməsi, nəqliyyat yükü altında

–

–

○

Sıxılma gərginliyi CS(10)

Soyuducu anbar

–

–

○

Su əmmə qabiliyyəti və sıxılma gərginliyi

Bünövrə / divar xarici, torpaqla təmas

–

–

○

Su əmmə qabiliyyəti

•    Tövsiyə olunur          ○  Layihədən asılı olaraq istifadə edilə bilər          –  Tövsiyə olunmur

•    Qrafit qatqılı lövhələr günəş işığını yüksək dərəcədə udur. Birbaşa günəş altında saxlanılan lövhələrdə qızmaya bağlı ölçü dəyişikliyi, qabarma və dərz açılması müşahidə edilə bilər. Fasadda kölgələmə setkası istifadə edilməli, günəş düşən fasadlarda tətbiq səhər və axşam saatlarına keçirilməlidir.
•    Fasad istilik izolyasiya sistemlərində təyinedici göstərici sıxılma gərginliyi deyil, səthə perpendikulyar dartılma müqavimətidir (EN 1607).
•    Daimi yük altındakı tətbiqlərdə, 50 illik istifadə müddətində %2 deformasiya həddi üçün daimi yük, CS(10) dəyərinin təxminən %30-nu aşmamalıdır (EN 1606).
•    Yüksək sıxılma gərginliyi tələb olunan sənaye döşəməsi və soyuducu anbar tətbiqlərində THERMOMAX® EPS 200 tərcih edilməlidir.

Üstünlükləri
•    Qrafit qatqısı istilik şüalanmasını əks etdirir; eyni sıxlıqda ağ EPS-ə nisbətən təxminən %20 daha aşağı istilik keçiricilik əmsalı təmin edir
•    Eyni U dəyəri daha nazik lövhə ilə əldə edilir; fasadda qalınlıq qazancı yaradır
•    Yüngüldür; tikiliyə əlavə yük gətirmir
•    Ölçü sabitliyi yüksəkdir, formasını qoruyur
•    Kəsilməsi və tətbiqi asandır, işçilikdən qənaət edir
•    Su buxarı keçiriciliyinə malikdir; kifayət qədər qalınlıqda istifadə edildikdə kondensasiya riskini azaldır
•    Çürümür, kiflənmir; fiziki xüsusiyyətlərini uzun müddət qoruyur
 

Göstərici

Vahid

EPS 50

EPS 90

EPS 120

Ümumi Məlumatlar

Materialın tərkibi

–

Qrafit qatqılı genişləndirilmiş polistirol (EPS)

Görünüşü

–

Boz rəngli, kəsilmiş lövhə

Orta sıxlıq (təqribi)

kq/m³

15

18

21

Lövhə ölçüsü

sm

50 × 100

Lövhə qalınlığı

sm

5 – 6 – 8 – 10

İstilik Göstəriciləri

İstilik keçiricilik əmsalı (λD – EN 12667)

W/mK

0,033

0,032

0,031

İstismar temperaturu

°C

−50°C / +75°C

Mexaniki Göstəricilər

Sıxılma gərginliyi, %10 deformasiyada (EN 826)

kPa

≥ 50

CS(10)50

≥ 90

CS(10)90

≥ 120

CS(10)120

Səthə perpendikulyar dartılma müqaviməti (EN 1607)

kPa

≥ 100

TR100

≥ 100

TR100

≥ 150

TR150

Əyilmə müqaviməti (EN 12089)

kPa

≥ 100

BS100

≥ 135

BS135

≥ 170

BS170

Ölçü Toleransları və Sabitliyi

Uzunluq toleransı (EN 822)

mm

± 2   (L2)

En toleransı (EN 822)

mm

± 2   (W2)

Qalınlıq toleransı (EN 823)

mm

± 1   (T2)

Bucaq düzlüyü toleransı (EN 824)

mm/m

± 2   (S2)

Səth düzlüyü toleransı (EN 825)

mm

5   (P4)

Ölçü sabitliyi, 23°C / %50 NR (EN 1603)

%

± 0,2   —   DS(N)2

Ölçü sabitliyi, 48 saat / 70°C (EN 1604)

%

≤ 1   —   DS(70,-)1

Su və Su Buxarı Göstəriciləri

Suya uzunmüddətli daldırmada su əmmə qabiliyyəti (EN 12087)

həcmcə %

≤ 5,0

WL(T)5

≤ 3,0

WL(T)3

≤ 3,0

WL(T)3

Su buxarı diffuziya müqavimət əmsalı (EN 12086)

μ

20 – 40

30 – 70

30 – 70

Təhlükəsizlik Məlumatları

Yanğına reaksiya sinfi (EN 13501-1)

–

E sinfi

Təhlükəli maddələr

–

TMF-ə baxın


Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və %50 nisbi nəmlik şəraitində əldə edilmişdir.

THERMOMAX® KARBONLU EPS TDS AZ

THERMOMAX® EPS CARBON TDS TR

THERMOMAX® KARBONLU EPS TDS EN

THERMOMAX® EPS CARBON TDS RU

THERMOMAX® KARBONLU EPS MSDS AZ