THERMOMAX® BOND 40
THERMOMAX® BOND 40, sement əsaslı, polimer qatqılı, fasad istilik izolyasiya kompozit sistemlərində (ETICS) istifadə olunan lövhə yapışdırıcısıdır. Genişləndirilmiş polistirol (EPS), ekstruziya polistirol (XPS) və daş yunu əsaslı istilik izolyasiya lövhələrinin; beton, suvaq, kərpic və qazbeton kimi mineral əsaslı səthlərə yapışdırılmasında istifadə edilir.
Fasad istilik izolyasiya kompozit sistemlərinin (ETICS) tərkib hissəsidir. Sistem performansı EAD 040083-00-0404 (ETAG 004) çərçivəsində qiymətləndirilir. Məhsul performansı EN 1542, EN 13494 və EN 1015-19 sınaq metodlarına əsasən müəyyən edilmişdir.
İstifadə Sahələri
• Fasad istilik izolyasiya kompozit sistemlərində (ETICS) lövhə yapışdırılmasında
• Daxildən divar istilik izolyasiyası tətbiqlərində
• Zirzəmi və qaraj tavanının istilik izolyasiyası tətbiqlərində
• EPS, XPS və daş yunu lövhələrin mineral əsaslı səthlərə yapışdırılmasında
Üstünlükləri
• EPS, XPS və daş yunu lövhələrə yüksək yapışma müqaviməti təmin edir
• Polimer qatqısı sayəsində elastikdir; istilik hərəkətlərini qarşılayır
• Yüksək su buxarı keçiriciliyinə malikdir; divarın nəfəs almasına mane olmur
• Daxili və xarici mühitlərdə istifadə edilə bilər
• Asan hazırlanır və tətbiq olunur; sürüşmür
• Donma-əriməyə davamlıdır
|
Ümumi Məlumatlar |
|
|
Materialın tərkibi |
Sement, mineral doldurucular və polimer qatqılar |
|
Görünüşü |
Boz toz |
|
Ən böyük aqreqat dənə ölçüsü |
Maks. 0,8 mm |
|
Qarışığın sıxlığı |
~ 1,84 kq/dm³ |
|
Performans Məlumatları |
|
|
Səthə yapışma müqaviməti – beton (EN 1542) |
≥ 0,50 N/mm² |
|
Lövhəyə yapışma müqaviməti – EPS (EN 13494) |
≥ 0,08 N/mm² (qopma izolyasiya lövhəsinin içində) |
|
Lövhəyə yapışma müqaviməti – daş yunu (EN 13494) |
≥ 0,015 N/mm² (qopma izolyasiya lövhəsinin içində) |
|
Su buxarı diffuziya müqavimət əmsalı (EN 1015-19) |
μ ≤ 25 |
|
Tətbiq Məlumatları |
|
|
Qarışıq nisbəti |
6,25 – 6,75 litr su / 25 kq toz (~ 0,25 – 0,27 litr su / 1 kq toz) |
|
Qabda istifadə müddəti |
~ 2 saat |
|
Açıq gözləmə müddəti |
≥ 15 dəqiqə |
|
Dübelləmə üçün gözləmə müddəti |
Ən azı 24 saat |
|
Setkalı suvağa keçid müddəti |
Ən azı 3 gün |
|
Tətbiq və səth temperaturu |
+5°C / +30°C |
|
İstismar temperaturu |
−20°C / +80°C |
|
Sərfiyyat |
4,5 – 6,0 kq/m² (tətbiq üsuluna görə) |
|
Təhlükəsizlik Məlumatları |
|
|
Yanğına reaksiya sinfi (EN 13501-1) |
A2-s1,d0 |
|
Təhlükəli maddələr |
TMF-ə baxın |
Göstərilən texniki dəyərlər +23°C mühit temperaturu və %50 nisbi nəmlik şəraitində əldə edilmişdir. Yüksək temperatur müddətləri qısaldır, aşağı temperatur uzadır.